22 oktyabr 2013 13:47

Futbolçu qapını sındırdı, klubu ziyana düşdü

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 10-cu turunun, eləcə də Birinci Divizionun 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
Əvəzedicilərin çempionatının “Bakı” –  AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
 
Azərbaycan Birinci Divizionunun 6-cı turunun “Energetik” – “Mil-Muğan” matçında “Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
“Lokomotiv” – “Şəmkir” oyununun 60-cı dəqiqəsində “Şəmkir”in futbolçusu Asif Əhmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın 62-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Ramil Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 82-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Tural Adıgözəlov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
“Kəpəz” – “Araz Naxçıvan” matçında “Araz Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
“Bakılı” – “Qaradağ Lökbatan” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Taleh Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman ehtiyat hakimin əyləşdiyi yerin şuşəsini və soyunub-geyinmə otağının qapısını sındırdığı üçün 3 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Dəymiş ziyana əsasən “Qaradağ Lökbatan” klubu stadionun rəhbərliyinin təqdim edəcəyi hesaba uyğun olaraq ödəmə etməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.