22 oktyabr 2013 13:25
Yunis Hüseynov həm Xəzər Lənkərana, həm də Neftçiyə azarkeşlik edəcək
Veteran futbolçu Yunis Hüseynov azerisport.az saytına müsahibəsində Super Kubokla bağlı fikirlərini söyləyib. Onun fikrincə indiki halda şanslar bərabərdi:
"Neftçi” çempionata daha yaxşı başlayıb. Ona görə bəziləri onları şansları sayır. Amma kubok matçında favorit olmur. Bu, bir oyundan ibarətdi. Kim daha yaxşı hazırlaşıb rəqibi üstələsə, o da qalib gələcək. Bu oyunun Naxçıvanda keçirilməsi yaxşı haldı. Super Kubok Naxçıvanda futbolun inkişafına dəstək olacaq. Əminəm ki, anşlaq olacaq. Hər iki komandaya uğur arzulayıram.
Bəlkə inanmazsınız, amma ikisinə də azarkeşlik edirəm. Kim qalib gəlsə, sevinəcəm. Əsas odu ki, güclü udsun. Uzun illər “Neftçi”nin formasını geymişəm, sonra isə “Xəzər Lənkəran”ın baş məşqçisi olmuşam. Ona görə hər iki klub mənə doğmadı”.
