23 oktyabr 2013 17:05
Azərbaycan Kuboku: Şuşa, Mil-Muğan və Qaradağ Lökbatan 1/8 finalda! (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan kubokunda 2013/14 mövsümünə start verilib. Azerisport.az xəbər verir ki, 1/16 final mərhələsindən başlayacaq turnirdə hələlik 1-ci Divizion klublarının mübarizəsinə şahidlik etmək şansımız var.
Bir oyundan ibarət olacaq bu mərhələdə qalib gələn komanda adını 1/8 finala yazdıracaqdı. “Şuşa” – “Şahdağ” cütünün qalibi birincilər olub ki, bu komanda növbəti mərhələdə “İnter”lə qarşılaşacaq. MOİK – “Qaradağ Lökbatan” cütünün qalibi ikincilər olub. Bu komanda isə “Rəvan”la üz-üzə gələcək. “Mil-Muğan” da “Lokomotiv” üzərindəki qələbə ilə “Qəbələ”yə rəqib olub.
Qeyd edək ki, bu mərhələnin digər oyunu - “Araz Naxçıvan” – “Ağsu” matçı oktyabrın 30-da baş tutacaq. Bu oyunun bir həftə sonraya təyin olunması bu gün Naxçıvanda Azərbaycan Super Kuboku uğrunda “Xəzər Lənkəran” – “Neftçi” matçının keçirilməsidi.
Qeyd edək ki, bu mərhələnin digər oyunu - “Araz Naxçıvan” – “Ağsu” matçı oktyabrın 30-da baş tutacaq. Bu oyunun bir həftə sonraya təyin olunması bu gün Naxçıvanda Azərbaycan Super Kuboku uğrunda “Xəzər Lənkəran” – “Neftçi” matçının keçirilməsidi.
Azərbaycan Kuboku
1/16 final
23 oktyabr (çərşənbə)
MOİK – Qaradağ Lökbatan - 1:3
Qollar: Arzuman Vəliyev, 25 - Novruz Ələkbərov, 45, Murad Ağakişiyev, 69, İlham Allahverdiyev, 84.
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Akif Əmirəli, Venera Kahriç.
“Bakı”nın təlim-məşq bazasının stadionu.
Şuşa – Şahdağ - 4:2
Qollar: Elvin Adışirinli, 3; 20, Məhəmməd Xəlilov, 29, İsrafil Qarayev, 68 - Abdulla Zilpokarov, 23, Mahiddin Ağamov, 61-pen.
Hakimlər: Ömər Paşayev, İsgəndər Əliyev, Aleksandr Musatkin, Hacıəli Ağayev.
Bakı. “Şəfa” stadionu, 4-cü meydança.
Mil-Muğan – Lokomotiv - 4:2
Qollar: Nicat Fərəcli, 4, Elşən Hacıyev, 18, Elxan Məmmədov, 60, Samir Babayev, 75 - Kamran Həsənzadə, 32, Tural Qürbətov, 90+2.
Qırmızı vərəqə: Vasif Mehrəliyev, 41 (Mil-Muğan), Nicat Əsgərov, 85 (Lokomotiv), Nicat Nəcəfli, 90 (Mil-Muğan), Kənan Cəfərov, 90 (Lokomotiv).
Hakimlər: Səbayel Qurbanova, Ülviyyə Mustafayeva, Vüsal Qənbərov, Fərid Məmmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.
