23 oktyabr 2013 16:55

Xəzər Lənkəran Neftçiyə qalib gəlib, Super Kuboka sahib çıxdı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Super Kubokunun qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, qənimət uğrunda “Neftçi” və “Xəzər Lənkəran” mübarizə aparıb.
 
Uzun illərdən sonra yenidən bərpa olunan Super Kubok uğrundakı oyuna maraq böyük idi. Çünki həlledici görüş iki barışmaz rəqib arasında baş tutdu.
 
Oyunda hesabı cənub təmsilçisi açdı. İkinci yarıda "ağ-yaşıllar" azlıqda qaldıqdan sonra "Neftçi" bərabərlik qolunu vursa da, cənublular son saniyələrdə qələbə qoluna imza atmağı bacarıblar.
 
Azərbaycan Super Kuboku
23 oktyabr (çərşənbə)
 
Xəzər Lənkəran – Neftçi - 2:1 (1:0)
Qollar: E.Mbilla, 27 (1:0), K.Kardoso, 68 (1:1), R.Ramaldanov, 89 (2:1).
Qırmızı vərəqə: S.Tounkara, 64 (ikinci sarı vərəqə).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
Naxçıvan. İbrahimxəlil Axundlu adına stadion.
 
XƏZƏR LƏNKƏRAN: 33. Duqlas Leyte, 3. Vanderson Skardueli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi (8. Edu Oriol, 89), 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov (42. Kamran Abdullazadə, 72).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 18. Tural Cəlilov, 21. Radomir Todorov, 22. Deyvid Sakkoni, 23. Nikola Qliqorov.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso (11. Melvin Platye, 80), 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 14. Bahodir Nasimov (90. Ernest Nfor, 61), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (10. Cavid İmamverdiyev, 56), 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.