22 oktyabr 2013 12:37
Dadaşov Kayzerslauternin heyətində 15 dəqiqə oynadı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Kayzerslautern” klubunun ikinci komandasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, hücumçumuz Regionalliqanın 13-cü turu çərçivəsində “Sonnenxof”a qarşı oyunda meydana çıxıb.
Dadaşov 75-ci dəqiqədə əvəzetmədən sonra meydana daxil olub. Oyun 1:1 hesabı ilə başa çatıb.
