22 oktyabr 2013 11:57
Xaqani Məmmədov Xəzər Lənkəranın məşq prosesinə müdaxilə etdi
“Xəzər Lənkəran” komandasının futbolçuları bu dəqiqələrdə Naxçıvanda məşq prosesi keçirlər. Klubun mətbuat katibinin azerisport.az saytına verdiyi məlumata görə məşq zamanı maraqlı hadisə baş verib.
Belə ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov “Xəzər Lənkəran”ın ikitərəfli oyunu zamanın meydanın mərkəzində dayanıb. Bu, lənkəranlıların baş məşqçisi Con Toşakın xoşuna gəlməyib. Toşak məşqi saxlayıb və Məmmədovdan meydanı tərk etməsini xahiş edib. Məmmədov meydanı tərk edib. Bundan sonra məşq bərpa olunub.
