22 oktyabr 2013 11:50
Saşa Yunisoğlu Subaşiçə qarşı oynamaya bilər
Türkiyənin “Dənizlispor” klubunun azərbaycanlı müdafiəçisi Saşa Yunisoğlu futbol üzrə Türkiyə çempionatının birinci divizionu çərçivəsində 10-cu turda “Orduspora” qarşı keçiriləcək oyunda iştirak etməyə bilər. Azerisport.az xəbər verir ki, Yunisoğlu “Mersin İdmanyurdu”na qarşı keçirilmiş oyunda zədələnib.
Sabah futbolçu tibbi müayinədən keçəcək və onun Branimir Subaşiçin komandasına qarşı oynamaq şanslarına aydınlıq gələcək.
