22 oktyabr 2013 11:32
Saşa Yunisoğlu: Komanda meydanda döyüşürdü
“Dənizlispor”un azərbaycanlı müdafiəçisi Saşa Yunisoğlu azerispor.az saytına müsahibəsində futbol üzrə Türkiyə birinci divizionunun 9-cu turu çərçivəsində “Mersin İdmanyurdu” üzərində qələbədən (1:0) danışıb.
“Rəqibimiz mövsümdə ən güclü komandalardan biridir. Oyun qabağı yaxşı toparlanmışdılar. Belə ki, qələbə onları birinci yerə çıxarırdı. Ancaq bizim də öz tapşırıqlarımız vardı ki, onların yarısını dünən yerinə yetirdik. Dünən klubda prezident seçkiləri olub. Klub strukturu dəyişilməlidir. Klubun maliyyə problemləri tezliklə həllini tapmalıdır. Komandanın baş məşqçisi Yusuf Şimşek bizimlə psixoloji baxımdan yaxşı işlədi və uğurlu oyuna stimul yaratdı. Heç də asan oyun deyildi. Komanda meydanda döyüşürdü. 10 sarı vərəqə buna sübutdur. Ancaq bu oyun artıq keçmişdədir. İndi bizi çempionatın lideri “Orduspor”la daha çətin oyun gözləyir. Bu oyuna hazırlaşacağıq”.
