22 oktyabr 2013 11:24

Elnur Abdullayev: Neftçi ötən mövsüm indikindən daha güclü idi

“Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayev azerisport.az saytına müsahibəsində Azərbaycan Super Kubokundan, “Neftçi”nin oyunlarından və Flavinyodan danışıb.
 
- Naxçıvanda hazırlıq necə gedir?
- Biz Naxçıvana oyundan 2 gün əvvəl gəlmişik. Artıq ilk məşqimizi də başa vurduq. Süni örtüklü meydançada hazırlıq keçdik. Sabah (bu gün) matçın keçiriləcəyi stadionla tanış olacağıq. Hava yaxşıdı. Komandamızda atmosfer əladı. Demək olar ki, hamı Super Kubok oyununa motivasiya olunub. Kuboku Lənkərana aparmaq istəyirik. Bunun üçün 90 dəqiqə rəqibdən yaxşı oynamağa çalışacağıq.
 
- “Neftçi” çempionata daha uğurlu başlayıb. Bu mənada rəqibi daha şanslı saymaq olar?
- Deməzdim. Şanslar bərabərdi. “Xəzər Lənkəran” çempionatda baxımlı futbol oynayan 2-3 komandadan biridi. Sadəcə nəticə yoxdu. Yaxşı oynasaq da, nəticə qazana bilmirik. Real qol şansı yaradırıq, amma fərqlənmirik. Ona görə Super Kubok uğrunda görüşdə maksimum güc sərf edərək qələbə qazanmağa çalışacağıq.
 
- “Neftçi” ötən mövsüm güclü idi, yoxsa cari çempionatda?
- Düzünü desəm, “Neftçi” ötən mövsüm daha güclü idi. Komanda daha inamlı təsir bağışlayırdı. Bəlkə, komandada hansısa problem var. Rəqib haqda danışmaq istəməzdim. Lakin hamı görür ki, “Neftçi” ötən ilki komanda deyil.
 
- Super Kubok müəyyən mənada azarkeşlərinizi sevindirə bilər...
- “Xəzər Lənkəran”ın azarkeşləri həmişə yaxşı mənada seçilib. Onlar hər zaman bizi dəstəkləyiblər. Biz onlara qələbə borcluyuq. Ötən mövsüm mükafatsız qaldıq. Super Kubok azarkeşlərlə barışmaq üçün şansdı. “Neftçi”ni məğlub edərək qələbə qazansaq, fanatlar çox sevinəcək. Bu sevinci onlara bəxş etmək üçün oynamağa dəyər.
 
- Amma sadiq azarkeşləriniz Naxçıvana gələ bilməyəcək. Uzaq məsafə müəyyən mənada maliyyə tələb edir...
- Fanatlar evdə olsalar belə, onların dəstəyini hiss edəcəyik. “Xəzər Lənkəran” hər yerdə dəstək hiss edib. Heç zaman fanatlarsız qalmamışıq. Komanda Naxçıvanda da dəstəksiz olmayacaq. Əminəm ki, Naxçıvanda da bizim fanatlar var. Oyuna köklənərək yalnız qələbə haqda düşünürük.
 
- Nəticə barədə proqnoz verə bilərsiz?
- Bizə istənilən hesablı qələbə sərf edir. Əgər “Xəzər Lənkəran” oynayırsa, deməli çoxlu qol olacaq. Biz rəqibə açıq futbol təklif edəcəyik. Etiraf edirəm ki, “Neftçi”nin heyətində kifayət qədər səviyyəli futbolçu var. Elə Flavinyo nəyə desəniz, dəyər. Fikrimcə ən güclü silahları elə braziliyalıdı. Əgər onu diqqətdən kənarda qoysaq, bizə problem yaradacaq.
 
- Kubokun finalında hər şey penaltiylə həll olundu. Onda qalmaqal oldu və “Neftçi” qələbə qazandı...
- Bu dəfə penalti olmasını istəməzdim. Oyunun taleyini penaltiyə saxlamaq olmaz. Hər şeyi 90 dəqiqədə həll etmək lazımdı. Komandamız əsas vaxtda qol vurmaqla qələbəyə layiq olduğunu göstərməlidi. Penalti lotoreyadı və ona ümid etmək olmaz. 2 hissə qol vurmaq üçün vaxtımız olacaq. Super Kubokda penalti barədə düşünmürük və 90 dəqiqədə qələbə qazanacağımıza əminik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.