21 oktyabr 2013 17:13
Xaqani Məmmədovdan Anar Nəzirova cavab
AFFA Hakimlər komitəsinin rəhbəri Xaqani Məmmədov azerisport.az-a müsahibəsində “Sumqayıt” futbol klubunun qapıçısı Anar Nəzirova cavab ünvanlayıb.
“Əgər qapıya zərbədən sonra top qapıçıdan səkib qapıya istiqamətlənirsə, onda qolun müəllifinin zərbəni vuran oyunçu olduğunu demək olardı. Ancaq burada söhbət tirə dəyin meydana qayıdan topun Anarın kürəyinə dəyib tora daxil olmasından gedir. Hakim avtoqolun qeydə alınmasında haqlıdır”.
