21 oktyabr 2013 16:37

Unudulmuş azarkeşlər...

Oktyabrın 23-də Naxçıvanda Azərbaycan futbolu üçün əlamətdar olan Superkubok görüşü baş tutacaq. Artıq mötəbər oyun üçün hazırlanan 11 min bilet satışa çıxarılıb. Biletlərin qiyməti 1 manat olsa da Bakı və ya Lənkəranda yaşayan fanatların marağı aşağı səviyyədədi. Hər zaman komandaların yanında olan azarkeşlər bu dəfə Superkubok görüşünü müvafiq olaraq Lənkəran və Bakıdan izləməli olacaq. Azerisport.az xəbər verir ki, matçın Naxçıvanda keçirilməsi və səfər çıxmaq üçün müəyyən vəsait tələb olunduğu üçün fanatlar oyunu televiziyadan izləyəcək. Əldə etdiyimiz məlumata görə, nə "Neftçi", nə "Xəzər-Lənkəran" azarkeşləri kütləvi şəkildə səfərə çıxmayacaq. Ayrı-ayrı hallarda 4-5 azarkeş Naxçıvana gedərək finalı izləyə biləcək. Amma çoxlu sayda fanat ekran qarşısına keçəcək.

Superkubokun iştirakçılar rəsmən səfərə azarkeş aparmayacaqlarını bəyan edib. Həm Xəzər-Lənkəran, həm də Neftçi səfərə fanatsız yollanacaq. Oyunu izləmək istəyən fanat təxminən 100-120 manat xərcə düşəcək. Nəzərə alaq ki, Naxçıvana ən rahat yol təyyarə ilə baş tutur. Ona görə aviabilet və 1 günlük xərclər təxminən 120 manata başa gəlir. Əlaqə saxladığımız fan-klublar ümumiyyətlə səfərə çıxmaq barədə düşünmədiklərini bildirdilər. Fan-klublar tək halda Superkubok üçün Naxçıvana gedən olacağını söylədilər. Amma Naxçıvana kütləvi axın gözlənilmir. Bakıdan və Lənkərandan təyyarə və avtobusla ümumilikdə 200-dən artıq azarkeşin matçı izləyəcəyi proqnozlaşdırılır. Stadionda toplaşacaq digər insanlar Naxçıvanda yaşayan futbol azarkeşləridi.

Azarkeşlərin Xəzər-Lənkəranla Neftçi arasında Superkubok uğrunda görüşünə belə münasibətin səbəbini öyrənmək üçün Fırtına fan-klubunun direktoru Rəvan Bəşirova müraciət etdik: "Biz Naxçıvana gedib gəlməyə öyrəşməmişik. Xarici ölkələrə getmək bizə daha rahat olar nəinki Naxçıvana. Həm də vaxt az olduğu üçün təşkilatı işlərlə məşğul ola bilmədik.Xərclər də çoxdu. Bu mənada azarkeşləri düşünməyiblər. Heç olmasa çarter reysi olsaydı fanatlar getmək mümkün olardı. Naxçıvanda olmadığım üçün 50-100 nəfərlə ora getmək çətindi. Ona görə sevimli komandamızın oyununu stadiondan izləyə bilməyəcəyik."

Neftçi fan-klublarıyla əlaqə saxlamaq mümkün olmasa da onların da kütləvi şəkildə Naxçıvana getməyəcəyi dəqiqdi. Bu mənada futbol bayramının sadiq azarkeşləri itirdiyini söyləmək olar. Axı futbol azarkeşlər üçün oynanılır. İstənilən futbol matçın bəzəyi çılğın azarkeşlər və onların şüarıdı. Böyük oyun adlandırılan Xəzər-Lənkəran-Neftçi görüşündə anşlaq ola bilər. Amma onlar sadə futbol həvəskarları olacaq. Əsl azarkeşlərin əksəriyyəti isə matçı Lənkərandan və Bakıdan izləyəcək.

Qeyd edək ki, futbol matçı ilə əlaqədar oktyabrın 23-də stadionda mühafizə gücləndirilmiş rejimdə olacaq. Komandalar Naxçıvana gələndən gedənə qədər polis müşaiyəti altında olacaq. Hər hansı bir problem olmaması üçün komandalar hava limanına qədər yola salınacaq. Arena yaxınlığından, stadionun giriş və çıxışında da xüsusi mühafizə postu qurulacaq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.