21 oktyabr 2013 14:52
Hafiz Məmmədov Monako knyazı ilə görüşdü (FOTO)
“Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovun Fransada keçirdiyi görüşlər davam edir. Azerisport.az xəbər verir ki, Hafiz Məmmədov “Hotel de Paris” otelində Monako knyazı İkinci Albertlə görüşüb.
“Bakı”nın prezidenti “Monako”nun yüksək liqaya çıxması münasibəti ilə kralı təbrik edib və komandanın yeni uğurlar qazanacağına inandığını bildirib. Ardından ona Azərbaycan futbolu haqda məlumat verilib. Öz növbəsində İkinci Albert də Hafiz Məmmədovun “Lans”a göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Bunun xalqlarımız arasında olan dostluq münasibətlərinin daha da inkişafına xidmət edəcəyini vurğulayıb.
Görüşün sonunda İkinci Albert cənab İlham Əliyevin 3-cü dəfə prezident seçilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
