21 oktyabr 2013 13:18

Rauf Əliyev: Biz bu nəticə ilə razılaşa bilmərik

“Bakı” klubunun futbolçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilmiş AZAL-la görüşdən (2:2), öz oyunundan, eləcə də xal itkisindən danışıb.
 
- Oyuna yaxşı başladınız, amma sonda yenə xal itirdiniz...
- “Bakı” AZAL-dan yaxşı oynadı və üstünlüyü sona qədər qorudu. İlk hissədə 2 qol vurduq və 3-cü qola çox yaxın olduq. Azarkeşlər gördü ki, bir neçə 100 faizli qol şansından yararlanmadıq. Sadəcə, rəqibin bəxti gətirdi. Biz bu gün yalnız qələbə barədə düşünürdük.
 
- Hər halda 2 qoldan sonra qələbə qazana bilmirsinizsə, deməli problem var...
- Əlbəttə, üstün durumda olduğumuz zaman 2 top buraxmaq yaxşı hal deyil. Etiraf edim ki, belə sonluq gözləmirdik. Amma günah özümüzdədi. Biz gərək 3-cü qolu vuraydıq. Həm birinci, həm də ikinci hissədə fərqlənmək imkanları oldu. Amma 2 qoldan sonra daha vura bilmədik. Adama da pis təsir edir ki, belə yaxşı oynadığımız görüşdə qələbəni əldən buraxdıq.
 
- “Bakı” ikinci yarıda o qədər yaxşı oyun sərgiləmədi. Bütün heyətlə hücuma keçən an rəqib sizi cəzalandıra bilərdi...
- Razıyam ki müəyyən mənada səhvlər oldu. Sürətli hücum qurmaqda çətinlik çəkirdik. Həm də AZAL müdafiədə etibarlı olduğu üçün çətin idi. İstənilən halda artıq oyun bitdi və biz bu nəticədən razı qala bilmərik. Udmalı olduğumuz oyunda 2 xal itiririksə, daha nə arzulamalıyıq?
 
- İlk hissədə dubl edəndə düşünürdün ki, sonu 2:2 olacaq?
- Həmin an qələbə barədə düşünürdüm. Gizlətmirəm ki, 2 qoldan sonra da dayanmadım. İstəyirdim qolların ardı gəlsin. Mən futbolçuyam və işim meydanda qol vurmaqdı. Çox istəyirdim “Bakı” bu gün qalib gəlsin və turnir cədvəlində irəliləsin. Mənim üçün əsas komanda oyunudu.
 
- Bəlkə qapıçı Kamran Ağayevin yoxluğu oyuna təsir etdi?
- Qapıçımız gənc olsa da, yaxşı oynadı. Sadəcə, əgər 2 qol buraxırıqsa, bunda hamımız günahkarıq. Müdafiə daha yaxşı oynaya bilərdi. Heç nədən qol buraxırıq və öz əlimizlə qələbədən imtina edirik. Bu gün 2 xal itirdik. Kim bilir bəlkə həmin xallar sonda bizim üçün həlledici rol oynayacaq. Hesabın bərabərləşməsinə rəqibə özümüz kömək etdik.
 
- Bəlkə dəyişikliklər düzgün edilmədi?
- “Bakı”nın heç bir oyunçusu xal itirmək istəməzdi. Sadəcə, alınmadı. Sanki arxayınlaşdıq və əmzkarlıq görünmədi. Mübarizəmizi 90 dəqiqədən əvvəl bitirdik. Son dəqiqələrdə də çoxlu sayda qol şansımız olsa da, bəxt AZAL-ın tərəfində idi. Evdə qazanılan 1 xala sevinmək bizə yaraşmaz.
 
- Liderdən 7 xal geri qalırsınız...
- Hələ 2-ci dövrə təzə başlayıb. Fikrimcə hər şeyi dəyişməyə imkanımız var. Amma belə oyunları təkrarlamasaq, yaxşıdı. 2 qol vurandan sonra 2 qol buraxanda adam çox pis olur. Axı bu oyunu biz qələbəylə başa vurmalıydıq. Bundan sonra növbəti oyunlara hazırlaşacağıq. Qarşıda bizi “Rəvan”la çətin görüş gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.