21 oktyabr 2013 12:40
Yığmamızın üzvü Almaniyada qol vurdu
Futbol üzrə Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin üzvü Əli Gökdəmirin çıxış etdiyi "Hannover”in ikinci komandası “Viktoriya”nın (Hamburq) qonağı olub.
Oyun "Hannover”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. Hesab 2-ci dəqiqədə açılıb. Gökdemir isə 12-ci dəqiqədə matçın ikinci qolunu vurub.
Qeyd edək ki, Regional Liqanın Şimal zonasında çıxış edən "Hannover”in ikinci komandası 12 oyundan sonra 14 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
