21 oktyabr 2013 12:36
Məmmədova UEFA-dan yeni təyinat
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Məmmədov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 24-də, Astana şəhərində keçiriləcək "Şaxtyor" (Karaqandı, Qazaxıstan) - "AZ Alkmaar" (Hollandiya) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyinatı alıb.
