21 oktyabr 2013 12:10
Branimir Subaşiç: Penaltini vura bilərdim...
Türkiyənin “Orduspor” futbol klubunun hücumçusu Branimir Subaşiç azerisport.az-a müsahibəsində futbol üzrə Türkiyə birinci divizionunun 9-cu turunda “Fethiyespor” üzərində (3:0) qələbəyə şərh verib.
“Komanda görüşü uğurla keçirdi. Oyunuma gəlincə, 90 dəqiqə meydanda oldum. Qol vura bilmədim, ancaq qol ötürməsi verdim. Penaltini vura bilərdim, ancaq zərbə vurmağı zərərçəkənə güzəştə getdim. Komanda birinci yerə yüksəldi. Mövsümün sonuna qədər bu pillədə qalacağımıza ümid edirəm. Baxmayaraq ki, mövsüm təzə başlayıb, bunu etmək çox çətin olacaq”.
