21 oktyabr 2013 11:52
Yunisoğlu və İsayev qələbə həsrətində
Bu gün futbol üzrə Türkiyə birinci divizionunun 9-cu turunun son oyunu baş tutacaq. Azerisport.az xəbər verir ki, heyətində azərbaycanlı futbolçular - Saşa Yunisoğlu və Arif İsayevin yer aldığı “Denizlispor” səfərdə “Mersin İdmanyurdu” komandası ilə üzləşəcək.
Xatırladaq ki, səkkiz oyundan sonra “Denizlispor” 5 xalla 17-ci pillədə qərarlaşıb.
