21 oktyabr 2013 11:14

Daniel Subotiç: Hər oyunda qol vurmağa çalışacağam

“Qəbələ”nin 2013-2014 mövsümünün startında rənglərinə bağladığı hücumçu Daniel Subotiç Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilən "İnter" - "Qəbələ" matçında yeganə qola imza atmaqla komandasına qələbə qazandırdı. Azerisport.az xəbər verir ki, bu, Subotiçin cari mövsümdə vurduğu 3-cü qol kimi yadda qaldı.
 
Fərqləndiyi oyunlarda (AZAL - "Qəbələ" 1:2, "Qəbələ" - "Rəvan" 3:0) komandası qələbə qazanan forvardın bu statistikası son turda da davam etdi. Matçın ardından qarşılaşma barədə fikirlərini klub saytına bölüşən Subotiç uğurlu statistikanın davam etməsini istədiyini bildirib:
 
"İnter"ə qarşı yaxşı oynadığımızı düşünürəm. Bu, bizim ən gözəl oyunlarımızdan biri idi. 3-cü qoluma imza atdım. Bu, mənim üçün sevindirici haldı. Ən əsası odu ki, bu qol komandama qələbə qazandırdı. Düzünü desəm, qol statistikama diqqət yetirməmişdim. Artıq uğurlu statistikanı yadımda saxlayacağam və hər oyunda qol vurmaqla komandamın qələbə qazanmasına calışacağam".
 
Subotiç uzaq məsafədən vurulan və baxımlı alınan qol barədə düşüncələrini paylaşmağı da unutmayıb:
 
"Gözəl qol alındı. Belə qollar vurmağı sevirəm. Tamamilə düşünülmüş zərbə idi, yəni top təsadüfən çərçivəyə "düşmədi". Qarşımda boşluq var idi və hədəfi açıq görürdüm. Topa qüvvətli zərbə endirdim. Top da "sözümə baxdı" və düşündüyüm traektoriya ilə çərçivəyə daxil oldu".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.