21 oktyabr 2013 10:40
Neftçi Naxçıvana azarkeşsiz yollanır
Sabah saat doqquzda “Neftçi” komandası Naxçıvana yola düşür. Klubun mətbuat xidmətindən azerisport.az-a xəbər verilib ki, Tərlan Əhmədovun yetirmələri yerli stadionda bir məşq keçəcəklər. Bu məşq prosesi, oktyabrın 23-də Azərbaycan Superkuboku uğrunda “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyuna hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, “Neftçi” öz azarkeşlərini Naxçıvana aparmayacaq.
