21 oktyabr 2013 18:52

Şahin Diniyev dönüşündən danışdı

Topaz Premyer Liqasının X turu çərçivəsində keçirilən "Neftçi” – "Rəvan” qarşılaşmasının diqqətçəkən məqamlarından biri də qonaq komandanın yeni baş məşqçi ilə ilk oyununa çıxması oldu. Azerisport.az xəbər verir ki, Şahin Diniyev "aslanlar”ı ilk rəsmi oyuna çıxarmaqla həm də 8 ilə yaxın fasiləyə son qoydu.
 
Söhbət Diniyevin ölkə çempionatına qayıdışından gedir.
 
Belə ki, 47 yaşlı mütəxəssis sonuncu dəfə Azərbaycan çempionatında 2005-ci il dekabrın 18-də iş başında olmuşdu. O vaxt "Kəpəz” ilə səfərdə MOİK-i 3:0 hesabı ilə məğlub etdikdən sonra Şahin Diniyev Azərbaycan milli komandasının "sükanı” arxasına keçmişdi. 8 ilə yaxın müddət keçəndən sonra Diniyev yenidən çempionatımızın ab-havasını hiss etdi. Dönüşü haqda baş məşqçi özü danışacaq: "Həyəcanlə deyildim desəm, yalan olar. Əlbəttə, həyəcan var idi. Amma bu 8 ildə xeyli təcrübə toplamışam, futbola baxışım dəyişib. Birinci oyundaca çempiona qarşı oynamaq heç yaxşı olmadı. Yetirmələrim 1 həftəlik hazırlıqdan sonra "Neftçi” ilə bir hissə başa-baş mübarizə apara bildi. Fiziki-funksional hazırlıq tam qaydasında olmadığından ikinci yarıda çətinlik çəkdik. Amma biz tədricən "artıracağıq”.
 
Diniyev ötən bu 8 il ərzində çempionatımızın səviyyəsinin qat-qat yüksəldiyini də söylədi: "İndi komandalar daha səviyyəlidir. Özü də mübarizə təkcə 2-3 kollektiv arasında getmir. Hazırda Premyer Liqada istənilən komanda başqa birisini rahatca büdrədə bilər. Artıq ümumilikdə çempionatın səviyyəsi güclənib. Hətta deyərdim, fərq qat-qat səviyyəsindədir. Bir sözlə, 2005-ci illə müqayisədə böyük fərqlər var”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.