21 oktyabr 2013 18:46

878 dəqiqəlik susqunluğa son

"Rəvan” Topaz Premyer Liqasının X turunda "Neftçi” ilə qarşılaşdı. Azerisport.az xəbər verir ki, "Bakcell Arena”da keçirilən qarşılaşmada bu komanda hesabı açsa da, üstünlüyünü sona qədər qoruya bilmədi və sonda məğlub oldu.
 
Oyun bir sıra maraqlı məqamlarla yadda qaldı. İlk öncə onu vurğulayaq ki, indiyədək bu komandalar arasında keçirilən oyunlarda hesabı açan tərəf qol buraxmadan qalib gəlirdi. Amma bu dəfə "Rəvan” hesabı açsa da, "Neftçi” 3 xal qazandı. Yəni ənənə pozuldu.
 
"Neftçi” ilə oyun bu komandanın tarixi ərzində bütün turnirləri nəzərə almaqla keçirdiyi 130-cu rəsmi görüş oldu. 48 məğlubiyyət fonunda 55 qələbənin olduğunu da bildirək.
 
Premyer Liqada 20-ci səfər məğlubiyyətini alan "Rəvan” elitada vurduğu topların sayını 90-a çatdırdı. Komandanın yarandığı gündən bəri rəqib qapısından keçirdiyi 185-ci qolun müəllifi kimi də yadda qalan Xuan Manuel Varea isə axır ki "şeytanın qıçını qırdı”. Cari mövsüm ilk dəfə fərqlənən argentinalı forvard bununla həm də 878 dəqiqəlik qol həsrətinə son qoydu. Məhz bu qədər müddətdə o meydanda olsa da, rəqib qapısına yol tapa bilməmişdi. Başqa sözlə, Varea 168 günlük həsrətə son qoymuş oldu. Çünki buna qədər sonuncu qolunu o, ötən mövsümün sonlarında – mayın 4-də "Sumqayıt”a qarşı matçda vurmuşdu. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.