21 oktyabr 2013 18:08

Zaur Axundov: Daha bir uğursuzluq olsa, yığmamızın baş məşqçisi dəyişdirilə bilər

Futzal federasiyasının rəhbəri Zaur Axundov azerisport.az-a müsahibəsində “Araz”ın UEFA kubokunda şanslarından və Azərbaycan yığmasından danışıb.
 
Azərbaycan çempionunun “Sportinq”, “Dyora” və “Eyndhoven”lə qarşılaşacağı UEFA kubokunun elit mərhələsi haqda nə deyə bilərsiniz?
Çox yaxşı şanslarımız var. Rəqiblərimizi tanıyırıq və dördlər finalına vəsiqəylə hesablaşa bilərik.
 
Arazın düşərgəsində bəzi dəyişikliklər olub. Bu barədə nə deyə bilərsiniz?
Rizvan Fərzəliyev, Namiq Məmmədkərimov və Rəcəb Fərəczadə “Ekol”a keşiblər. Mənim məlumatıma gorə dəyişikliklər davam edəcək. Yeni oyunçular cəlb ediləcək. Bu üçlüyün gedişinə gəlincə, bu, nizam-intizamla bağıdır. Klub rəhbərliyi onlardan ayrılmaq qərarına gəlib.
 
Azərbaycan yığması üçüncü dəfə ardıcıl olaraq Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı və yanvarda Belçikada keçiriləcək yarışda iştirak edəcək.
Bütün fikirlərimizi və gücümüzü həmin turnirə yönəltmişik. AÇ-yə qədər iki böyük toplanış nəzərdə tutmuşuq. Noyabrın sonunda komanda Ukraynada, yanvarın birinci yarısında isə Çexiyada toplanacaq. Bura 22 futzalçı cəlb ediləcək. Yaxşılar Belçikaya yollanacaq.
 
Bu müddətdə yığma hansı komandalarla yoxlama oyunları keçirəcək?
Ukraynada bu ölkənin milli komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcəyik. Çexiya toplanışı ilə bağlı hələ ki, danışıqlar aparırıq. Avropanın hava şəraitinə uyğunlaşmaq üçün AÇ-yə birbaşa Çexiyadan yollanmaq istəyirik. Bu sual hələlik müzakirədədir.
 
Yığmanın Belçikada qrup mərhələsində İtaliya və Sloveniyaya qarşı oynayacağı oyunlarda şanslarını necə qiymətləndirirsiniz?
Əsas məqsəd qrup mərhələsini adlamaqdır. Qrup birincisi kimi arzuolunandır. Axı çox güman ki, bizim qrupun ikincisi dörddəbir finalda hazırki Avropa çempionu İspaniya ilə qarşılaşacaq. Bunu bizim qrupda heç kim istəmir. Bizim qrupu “ölüm qrupu” adlandırmaq olar.
 
Yığmanın baş məşqçisi Joze Alesionun Avro-2014-də uğursuzluğa düçar olacağı halda taleyi necə olacaq?
Yığma bu turnirdə 2010-cu ildəkindən pis çıxış etməməlidir. Əks halda biz braziliyalının Azərbaycandakı taleyinə aydınlıq gətirəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.