20 oktyabr 2013 14:03

Saşa Stamenkoviç: Super Kuboku da qazandığımız titullara əlavə etmək istəyirik

“Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin azerisport.az saytına müsahibəsi
 
- Son turun “Rəvan”la oyununda komandanız ilk hissədə yaxşı təsir bağışlamadı və fasiləyə məğlub yollandı. Fasilədən sonra nəyin sayəsində özünüzdə güc tapıb əzmkar qələbə qazana bildiniz?
- Bəs siz elə bilirdiniz ki, biz elə ilk hissədəcə onlara bir neçə qol vuracağıq? “Rəvan” turnir cədvəlinin alt pillələrində qərarlaşıb. Ona görə də bu komanda hər oyuna final matçı kimi baxır. Buna baxmayaraq, biz daha yaxşı komanda olduğumuzu bir daha göstərdik. İki qol vurduq. Halbuki, daha çox qol vura bilərdik. Əzmkar qələbə qazanmaq həmişə xoşdu.
 
- Elə təəssürat yaranırdı ki, “Neftçi”nin bütün diqqəti qarşıdakı Super Kubok matçına yönəlib...
- Etiraf edirəm ki, fikrimiz həmin oyundadı. Amma gördüyünüz kimi, bu, qələbə qazanmağımıza mane olmadı. Belə vacib oyun öncəsi xal itirmək istəmirdik. Yaxşı oldu ki, həmin oyuna əla əhval-ruhiyyədə çıxmaq şansı qazandıq. Bizim Super Kubok matçını oynayacağımız şəhər necə adlanır?
 
- Naxçıvan.
- Naxçıvanda heç vaxt olmamışam. Amma bu yer haqda çoxlu xoş sözlər eşitmişəm. Bizi vacib oyun gözləyir. Azarkeşlərimizin də bizi dəstəkləyəcəyinə inanıram. Bu mükafatı qazanmaq istəyirik. Yeri gəlmişkən, klubumuzun prezidenti də bu şəhərdəndi.
 
- Super Kuboku qazanmaq sizin üçün nə dərəcədə vacibdi?
- Futbolçular bu oyunu yalnız pula görə oynamırlar. Hər bir futbolçu eyni zamanda çoxlu titullarının olmasını istəyir. İki il ərzində mən “Neftçi” ilə üç turnirin qalibi olmuşam. Niyə də indi Super Kuboku qazanmamalıyam? Özü də bizi prinsipial rəqibimizlə oyun gözləyir.
 
- Cari mövsümdə o qədər də inamlı təsir bağışlamayan “Xəzər Lənkəran”la görüşdə “Neftçi” favorit hesab olunur...
- Bəli, onlar indi olmalı olduqları yerdə deyillər. Amma istənilən halda cənub təmsilçisi yaxşı komandadı. Yaxşı baş məşqçisi, ifaçıları var. Onları məğlub etmək çətin olacaq. Ona görə də hansısa üstünlükdən söhbət gedə bilməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.