21 oktyabr 2013 00:06
Liderlər qaldığı yerdən
Topaz Premyer Liqasında 2-ci dövrəyə start verildi. Azerisport.az xəbər verir ki, 2-ci dövrənin açılış turunun ilk oyun günündə 3 görüş baş tutdusa, qalan 2 matç bazar gününə təsadüf etdi.
Milli komandaların oyunları ilə əlaqədar yaranan 2 həftəlik fasilədən sonra ilk olaraq meydana son çempion “Neftçi” ilə “Rəvan” çıxdı. Əvvəlki 5 qarşılaşmada yalnız 1 dəfə qalib gəlməyən “Neftçi” paytaxt derbisində üstünlüyə malik idi. Sülh tanımayan rəqiblərin duellərində “aslanlar”ın cəmi bir qələbəsi vardı. Rəqiblərin oyunlarında qol vuran komanda matçı qələbə ilə başa vururdu. Amma bu dəfə fərqli ssenari qeydə alındı. Hesabı Şahin Diniyevin rəhbərliyi altında debüt matçına çıxan “Rəvan” açdı. Lakin bu oyunda xal itirməməyə və zirvədəki yerini qorumağa çalışan “ağ-qaralar” fasilədən sonra iki qol vuraraq istəklərinə çatdılar. Beləcə, “Neftçi” zirvədəki yerini qoruduğu halda, “Rəvan” Diniyevlə də ilk oyununda məğlubiyyətə üzüldü.
Şənbə günü keçirilən digər oyunda “Simurq” “Xəzər Lənkəran”la qarşılaşdı. Bu oyunda da oxşar ssenari təkrarlandı. Komandalar arasında keçirilmiş əvvəlki oyunlardakı nisbətə nəzər saldıqda böyük fərqin olduğu diqqət çəkirdi. 16-cı dəfə “Simurq”la qarşılaşan “Xəzər Lənkəran” qələbə sayında böyük üstünlüyə malik idi. Lənkəranlılar əvvəlki görüşlərdən 8-də qalib gəlmişdilər. 6 oyun heç-heçə başa çatdığı halda, Zaqatala təmsilçisi cəmi bir dəfə qələbəyə sevinmişdi. Elə bu dəfə də istisna olmadı. Hesabı Georgi Çixradzenin yetirmələri açsa da, sonradan iki qol vuran Con Toşakın komandası da əzmkar qələbəyə sevindi.
Turun ən böyük maraq doğuran qarşılaşmalarından biri “İnter”lə “Qəbələ” arasında baş tutdu. “İnter” 22-ci duelə böyük üstünlüklə çıxmışdı. Bu komanda əvvəlki oyunlarda rəqibi üzərində 11 qələbəyə sevinmişdi. 6 qarşılaşma sülhlə bitdiyi halda, “Qəbələ”nin 4 qələbəsi vardı. Top fərqi də bakılıların xeyrinəydi – 30:17. Son 3 ev oyununda qalib gələn bakılılar öz meydanında ümumiyyətlə uduzmamışdılar. Amma bu oyunda hər şey fərqli alındı. “Qəbələ” minimal hesablı qələbə ilə həm rəqib meydanındakı qələbəsizlik sindromuna son qoymuş oldu, həm də liderlərlə aradakı xal fərqini qorudu. Cari mövsümü çox bərbad keçirən “İnter” isə hələ də özünə gələ bilmir.
10-cu tur bazar günü keçiriləcək oyunlarla davam etdi. Turnir cədvəlinin hazırkı lideri “Qarabağ” son pillədə qərarlaşmış “Sumqayıt”ı sınağa çəkdi. 6-cı dəfə “Sumqayıt”la qarşılaşan Ağdam təmsilçisinin əvvəlki matçlarda da üstünlüyü var. “Sumqayıt”ın bir qələbəsi olduğu halda, daha bir görüşdə heç-heçə qeydə alınmışdısa, “Qarabağ” son 3 matçda böyük hesabla qalib gəlmişdi. Elə bu dəfə də Ağdam klubu rəqibini darmadağın etdi. Özü də rəqib meydanında. Nəticədə, Qurban Qurbanovun komandası zirvədəki yerini qorudu.
Hesabat turu daha bir paytaxt derbisi ilə yadda qaldı. Mövsümə uğurlu başlayan, lakin son turlarda qeyri-sabit oyun göstərən “Bakı” doğma meydanında son 4 oyunda qələbə qazana bilməyən AZAL-ı sınağa çəkdi. “Təyyarəçilər” 20-ci paytaxt derbisinə cüzi üstünlüklə çıxmışdılar. AZAL əvvəlki oyunlarda 8, “Bakı” 7 qələbəyə malik idi. Daha 4 görüş isə sülhlə bitmişdi. Bu oyunda da qalib müəyyənləşmədi. Baxmayaraq ki, meydan sahibləri iki erkən qol vurduqdan sonra Milinko Pantiçin komandasının xal itirəcəyinə şübhə edən çox az adam tapılardı. Amma “təyyarəçilər” özündə güc tapıb iki qol vurmağı bacardı. Nəticədə, bu komandalar turnir cədvəlindəki “qonşuluqlar”ını davam etdirmiş oldular.
Topaz Premyer Liqası
10-cu tur
Simurq – Xəzər Lənkəran – 1:2
Qollar: Nicat Qurbanov, 7 - Ağabala Ramazanov, 53; Manuel Skarlatake, 64.
Sarı vərəqələr: İdan Vaytsman, 54 (qeyri-idman hərəkəti); 79 (qeyri-idman hərəkəti); Rəşad Eyyubov, 66 (qeyri-idman hərəkəti); Salif Ballo, 90+2 (qeyri-idman hərəkəti) - Rasim Ramaldanov, 21 (qeyri-idman hərəkəti); Alvaro Silva, 63 (qeyri-idman hərəkəti); Elnur Abdullayev, 75 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Duqlas Leite, 90 (oyunun bərpasını gecikdiriyi üçün).
Qırmızı vərəqə: İdan Vaytsman, 79.
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
19 oktyabr 2013. Bakı. “Bayıl Arena”stadionu. 1200 tamaşaçı.
Simurq: 1. Pavel Kapsa, 5. Anderson Oliveyra, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 15. Stepan Polyak (22. Salif Ballo, 67), 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov (6. Taqim Novruzov, 74), 18. Tural Axundov (k), 20. İdan Vaytsman, 28. Nenad Kiso, 77. Nicat Qurbanov (19. Orxan Səfiyaroğlu, 42).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 30. Raul Kostin, 62. Cavad Kazımov, 66. Ruslan Getman.
Baş məşqçi: Georgi Çixradze.
Xəzər Lənkəran: 33. Duqlas Leyte, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 10. Elnur Abdullayev, 12. Junior Nildo (8. Edu Oriol, 18) (23. Nikola Qliqorov, 87), 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 22. Deyvid Sakkoni (7. Sadio Tounkara, 23), 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 11. Zohair Benouahi, 18. Tural Cəlilov, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Con Toşak.
Neftçi – Rəvan – 2:1
Qollar: Denis Silva, 65; Bahodır Nasimov, 79 - Xuan Manuel Varea, 8.
Sarı vərəqələr: Karlos Kardoso, 36 (qeyri-idman hərəkəti); Araz Abdullayev, 55 (qeyri-idman hərəkəti) - Miloş Adamoviç, 28 (qeyri-idman hərəkəti); Mişel Balokoq, 30 (qeyri-idman hərəkəti); Yamin Ağakərimzadə, 64 (qeyri-idman hərəkəti); Ramazan Abbasov, 73 (qeyri-idman hərəkəti); İvan Pexa, 81 (qeyri-idman hərəkəti); Kristian Torres, 87 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elman Musayev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
19 oktyabr 2013. Bakı. “Bakcell Arena”stadionu. 1000 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev (28. Emin Mehdiyev, 90+1), 9. Flavinyo, 10. Cavid İmamverdiyev (19. Mirhüseyn Seyidov, 46), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 90. Ernest Nfor (14. Bahodır Nasimov, 46).
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 11. Melvin Platye, 32. Elvin Yunuszadə.
Məşqçi: Tərlan Əhmədov.
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 9. Elnur Abdulov (24. Yamin Ağakərimzadə, 46), 14. Xuan Manuel Varea, 20. Miloş Adamoviç (8. Frederik Holster, 46), 21. Novruz Məmmədov (k), 23. Kristian Torres, 27. Rəşad Abdullayev (17. Ramazan Abbasov, 66), 30. Cəmşid Məhərrəmov, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 6. Ceyhun Cavadov, 19. Hüseyn Axundov, 89. Vüsal Qarayev.
Baş məşqçi: Şahin Diniyev
İnter – Qəbələ - 0:1
Qol: Daniel Subotiç, 45+1.
Sarı vərəqələr: Baçana Sxadadze, 23 (qeyri-idman hərəkəti); Arif Daşdəmirov, 52 (simulyasiya); Samir Zərgərov, 90 (qeyri-idman hərəkəti) - İbrahima Niasse, 25 (qeyri-idman hərəkəti); Daniel Subotiç, 39 (qeyri-idman hərəkəti); Lorenzo Ebesilio, 67 (simulyasiya); Lourival Assis, 87 (qeyri-idman hərəkəti); Dieqo Kosta, 90+4 (oyunun bərpasını gecikdirdiyi üçün).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
19 oktyabr 2013. Bakı. “Şəfa”stadionu. 3000 tamaşaçı.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze (8. Mikel Alvaro, 86), 4. İvan Benites, 7. Ruslan Əmircanov (6. Samir Zərgərov, 83), 9. Aleksandr İaşvili, 14. İlqar Ələkbərov (47. Abdulla Abatsiyev, 64), 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov, 24. Fuad Bayramov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qəbələ: 25. Dieqo Kosta, 3. Nikola Valentiç, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, 9. Viktor Mendi (84. Deyan Kelhar, 90+3), 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (10. Dodo, 72), 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (22. Lourival Assis, 85).
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 5. Sadiq Quliyev, 11. Yannik Kamanan, 33. Elvin Camalov.
Baş məşqçi: Yuri Syomin.
Bakı – AZAL – 2:2
Qollar: Rauf Əliyev, 11; 22 - Branislav Arsenyeviç, 29, Yuri Fomenko, 70.
Sarı vərəqələr: Etto, 79 (qeyri-idman hərəkəti) - Aleksandr Şemonayev, 9 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
20 oktyabr 2013. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 850 tamaşaçı.
Bakı: 25. Elxan Əhmədov, 3. Yure Travner, 4. Pedro Mario Alvares, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov (6. Vadim Abdullayev, 64), 11. Rauf Əliyev (k), 12. Etto, 15. Alberto Noquera (19. Marius Pena, 72), 17. Risto Ristoviç, 20. Mindauqas Kalonas, 23. Lukas Mario Horvat (10. Aleksandar Soliç, 88).
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 2. Deyvidas Çesnauski, 21. Elvin Məmmədov, 30. Vüqar Bəybalayev.
Baş məşqçi: Milinko Pantiç.
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton, 7. Cavid Tağıyev (21. Rey Məmmədbəyli, 78), 8. Qərib İbrahimov (30. Yuri Fomenko, 56), 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İqbekoyi (k) (28. Emin Cəfərquliyev, 88), 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 5. Murad Ağayev, 14. Habil Nurəhmədov, 16. Freddi Borq.
Baş məşqçi: Vaqif Sadıqov.
Sumqayıt – Qarabağ – 0:3
Qollar: Anar Nəzirov, 5-öz qapısına, Reynaldo Silva, 56. Muarem Muarem, 60.
Sarı vərəqələr: Məhəmməd Mirzəbəyov, 54 (qeyri-idman hərəkəti); Elşən Adbullayev, 74 (qeyri-idman hərəkəti) - Maksim Medevedev, 48 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
20 oktyabr 2013. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni meydança. 1500 tamaşaçı.
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 7. Pərdis Fərcad-Azad (11. Ruslan Nəsirli, 66), 8. Aqşin Muxtaroğlu, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k) (4. Samir Abasov, 76), 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov (9. Orxan Əliyev, 65), 77. Mirzağa Hüseynpur, 86. Elşən Abdullayev, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 5. Kərim Diniyev, 15. Nodar Məmmədov, 22. Zaur Həşimov.
Baş məşqçi: Aqil Məmmədov .
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev (6. Hacı Əhmədov, 20), 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (99. Nikolas Gelaşvili, 83), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Corc Leroy, 70. Çumbinyo (17. Vüqar Nadirov, 80).
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 7. Namiq Yusifov, 11. Ulrix Kapolonqo, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
|
1
|
Qarabağ
|
10
|
6
|
3
|
1
|
17
|
4
|
13
|
21
|
|
2
|
Neftçi
|
10
|
6
|
3
|
1
|
14
|
7
|
7
|
21
|
|
3
|
Qəbələ
|
10
|
6
|
1
|
3
|
15
|
9
|
6
|
19
|
|
4
|
AZAL
|
10
|
4
|
3
|
3
|
11
|
13
|
-2
|
15
|
|
5
|
Bakı
|
10
|
4
|
2
|
4
|
18
|
12
|
6
|
14
|
|
6
|
XL
|
10
|
3
|
4
|
3
|
9
|
10
|
-1
|
13
|
|
7
|
Simurq
|
10
|
3
|
4
|
3
|
9
|
9
|
0
|
13
|
|
8
|
İnter
|
10
|
3
|
1
|
6
|
16
|
16
|
0
|
10
|
|
9
|
Rəvan
|
10
|
1
|
3
|
6
|
5
|
21
|
-16
|
6
|
|
10
|
Sumqayıt
|
10
|
1
|
2
|
7
|
5
|
18
|
-13
|
5
|
Bombardirlər:
5 - Mindauqas Kalonas (Bakı)
4 - Əfran İsmayılov (Bakı), Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran).
