21 oktyabr 2013 00:01
Kamran Ağayev Türkiyəyə əməliyyata gedir
Futbol üzrə Azərbaycan millisinin və "Bakı"nın qapıçısı Kamran Ağayev bu gün səhər Türkiyəyə yola düşür. Azerisport.az xəbər verir ki, ötən gün Topaz Premyer Liqasının 10-cu turunun “Bakı” - AZAL görüşünü stadiondan izləyən qapıçı saytımıza açıqlamasında əməliyyat olunacağını bildirib.
Yığmanın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi Rusiya ilə son görüşündə zədələnən qapıçının yaşıl meydana nə vaxt qayıdacağı məlum deyil. Ağayevin yaxın 1 ayda Bakıya kömək edə bilməyəcəyi dəqiqdi.
