20 oktyabr 2013 11:42
Land of Fire Azerbaijan ilə ilk məğlubiyyət (FOTOREPORTAJ)
Futbol üzrə İspaniya La Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Land of Fire Azerbaijan” reklamı ilə çıxış edən “Atletiko” da növbəti oyununu keçirib.
Geridə qalan turlarda ardıcıl 8 qələbəyə sevinən Madrid təmsilçisi bu dəfə səfərdə “Espanyol”la qarşılaşıb. Dieqo Simeonenin komandası liderliyi qorumaq üçün qələbə qazanmağa borclu idi. Lakin "Land of Fire Azerbaijan" formalı komanda mövsümdə ilk dəfə olaraq məğlubiyyətlə üzləşib - 0:1.
Maraq üçün bildirək ki, “Atletiko” kimi əvvəlki səkkiz matçını qalib başa vuran “Barselona” da bu tur xal itirib. Kataloniya təmsilçisi səfərdə “Osasuna” ilə sülh bağlayıb. Bu üzdən də hazırda “Barselona” 25 xalla birinci, “Atletiko” 24 xalla ikincidi.
