20 oktyabr 2013 11:07

“AZAL nə özü oynayır, nə də rəqibə oynamağa imkan verir”

“Bakı”nın futbolçusu Mindauqas Kalonas azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacaqları AZAL-la oyundan, Litva yığmasındakı çıxışından, eləcə də Azərbaycan millisinin oyunlarından danışıb.
 
- Çempionatın növbəti turunda AZAL-ı qəbul edəcəksiniz. Rəqib haqda nə deyə bilərsiz?
- AZAL digər klublardan köklü surətdə fərqlənir. Nə özləri oynayır, nə rəqibə oynamağa imkan verirlər. Belə komandalarla oyun asan olmur. “Bakı” doğma meydana oynadığından yalnız qələbə haqda düşünür. Xal itirmək limiti başa çatıb. Layiqli oyunla qələbə qazanmağa borcluyuq. Çünki, 3 xal bizə çox lazımdı.
 
- AZAL-ın büdcəsi azalıb, bu mənada güclü futbolçuların çoxu heyəti tərk edib...
- Cari mövsüm AZAL yaxşı təsir bağışlayır. Müdafiədə xüsusilə yaxşı oynayırlar. Sanki futbolçuları komanda ruhu oynadır. Komanda oyunu sərgiləyərək bütün rəqiblərə problem yarada bilirlər. AZAL ilə oyunda diqqətli olmalıyıq. Əks halda başımız ağrıya bilər.
 
- Artıq 2-ci dövrə başlayıb, amma “Bakı” liderdən 5 xal geri qalır...
- “Bakı” hələ silahı yerə qoymayıb. Çempionat 4 dövrəlik sistemlə keçirilir. İnanın hər şey 4-cü dövrədə məlum olacaq. Hazırda bütün komandaların şansı var. Çempionluq yolunda əsas rəqibimiz “Neftçi”, “Qarabağ” və “Qəbələ” olacaq. Bu komandalar çox yaxşı oyun sərgiləyirlər. Digər komandalarla oyunda da diqqətli olmaq lazımdı. Adi xal itkisi sonda bütün nəticəyə təsir edəcək.
 
- Qapıçı Kamran Ağayevin yoxluğu nə dərəcədə oyuna təsir edə bilər?
- Hər oyunda yaxşı qapıçıya ehtiyac var. Kamran hər zaman inamlı oyunuyla bizə kömək olub. Onun zədələnməsi bizim üçün itkidi. Amma məşqçinin lazımi dəyişikliyi edəcəyinə inanıram. Gərək onun yoxluğunu göstərməyək. Ağayevi əvəz edəcək qapıçı onu unutdurmağa çalışmalıdı.
 
- Bir qədər yığmadan danışaq. Litva yığmasının son 2 oyununda 90 dəqiqə meydanda oldun. Komandanız Latviyaya qalib gəldi, Bosniyaya uduzdu...
- Latviyaya qarşı xüsusi hazırlaşmışdıq. İlk dəqiqələrdən üstünlüyü ələ aldıq. Çoxlu sayda hücum reallaşdırdıq. Hesab daha böyük ola bilərdi. Amma sonda 2:0 hesablı qələbə qazandıq. İlk oyunda Riqada məğlub olmuşduq, ona görə revanş əzmindəydik. İstəyimiz alındı.
 
- Bosniyaya məğlubiyyət rəqibi mundiala çıxardı...
- Bosniya ilə oyun alınmadı. Müdafiədən oynayırdıq. 90 dəqiqə qol buraxmamaq üçün diqqətli olmağa çalışdı. Lakin rəqib 1 qol vura bildi. Fikrimcə, Bosniya qələbəni layiqli şəkildə qazandı. Bu komanda dünya çempionatında oynamağa layiqdi. Seçmə mərhələni yüksək səviyyədə keçirdilər.
 
- Azərbaycan yığmasından 2 oyuna 4 xal toplayacaqlarını gözləyirdin?
- Azərbaycan millisinin oyunu bir qədər gözlənilməz oldu. Şimali İrlandiya ilə matçda qələbə qazanacağınıza inanırdım. Çünki, yaxşı hazırlaşmışdınız. Cari seçmə mərhələdə qələbəniz yox idi. Rusiya ilə oyunda heç-heçə isə gözlənilməz oldu. Rəqib arxayın oynayırdı. Sizdə isə xarakter və əzmkarlıq var idi. Futbolda ustalıq hər zaman qalib gəlmir. Siz 1 xalı onlardan daha çox istəyirdiniz.
 
- Sizcə, yığmanın heyətində ən yaxşı kim idi?
- Qalib heyətdə hamı yaxşı sayılır. Bütün futbolçularınız yaxşı idi. Ən yaxşı isə yəqin ki, Kamran Ağayev idi. Çünki çətin anlarda komandanı xilas etməyi bacarırdı. Həm Şimali İrlandiya, həm Rusiya ilə oyunda Ağayev bir neçə yüz faizli qolun reallaşmasına imkan vermədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.