20 oktyabr 2013 19:46
Qurban Qurbanov: Daha çox qol vura bilərdik
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilmiş “Sumqayıt”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İlk hissədə oyunumuz yaxşı alınmadı. İkinci hissədə daha yaxşı oynadıq, üç qol vurub qalib gəldik. Daha çox qol vura bilərdik, qol epizodlarımız oldu. Hava şəraiti də oyunumuza təsirsiz ötüşmədi. Süni örtüklü olmasına baxmayaraq, meydançanın vəziyyəti yaxşı idi. “Sumqayıt” klubu stadionda çox yaxşı şərait yaradıb”.
