20 oktyabr 2013 22:55
Popoviç oynamadı, Nduka bir xala sevindi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu da bu gün növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka ilə qapıçı Andrey Popoviçin heyətində yer aldığı bu komanda səfərdə “Karşıyaka” ilə qarşılaşıb. Görüş qollu heç-heçə ilə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Popoviç bu görüşün iştirak ərizəsində yer almayıb. Nduka isə həmişəki kimi, start heyətdə meydana çıxıb. Sonadək meydanda qalan millimizin sabiq üzvü 63-cü dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 7 xalla 16-cı pillədə qəraraşıb.
Türkiyə PTT Birinci Liqası
9-cu tur
20 oktyabr
Karşıyaka - Tavsanlı Linyitspor - 1:1
