20 oktyabr 2013 20:40
Millimizin forvardı Trabzonspora qarşı oynamadı, komandası bir xal qazandı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” da bu gün növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə “Trabzonspor” ilə üz-üzə gəlib. Görüş qolsuz başa çatıb.
Cihanın bu oyunun iştirakçısı olub-olmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, Özkara ümumiyyətlə matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Sivasspor” geridə qalan turlarda 13 xal toplayıb və hazırda 8-ci sıradadı.
Türkiyə Super Liqası
8-ci tur
20 oktyabr
Trabzonspor - Sivasspor - 0:0
