20 oktyabr 2013 18:09
Branimir Subaşiç oynadı, komandası lider oldu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” və Davud Kəriminin komandası “Fethiyespor” klubları da bu gün növbəti matçına çıxıb.
Futbolçularımızın komandaları bir-biri ilə üz-üzə gəlib. Onların bu oyunda meydana çıxıb-çıxmayacaqları maraqla gözlənilirdi. Subaşiç start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandası isə bu oyunu darmadağınla başa vurub. Kərimiyə gəlincə, o, bu matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Orduspor” geridə qalan turlarda 19 xal toplayıb və hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. “Fethiyespor” isə 4 xalla 18-cidi.
Türkiyə PTT Birinci Liqası
9-cu tur
20 oktyabr
Orduspor - Fethiyespor - 3:0
