20 oktyabr 2013 23:04
Ruslan Abışovsuz Rubin yenə uduzdu (YENİLƏNİB)
Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur “Volqa” ilə üz-üzə gəlib.
Oyun rəqib meydanında keçirilib. "Rubin" bu görüşdən məğlubiyyətlə ayrılıb.
Ruslan Abışov zədəli olduğu üçün bu oyunun iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Rubin” geridə qalan turlarda cəmi 16 xal toplaya bilib və 10-cu pillədə qərarlaşıb.
Rusiya Premyer Liqası
13-cü tur
20 oktyabr
Volqa - Rubin - 2:1
