19 oktyabr 2013 11:05

Topaz Premyer Liqası, 10-cu tur: Aslan Kərimovun proqnozu

Azərbaycanın futbol üzrə U-16 yığmasının baş məşqçisi Aslan Kərimov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 10-cu turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
 
Neftçi – Rəvan
“Rəvan”a Şahin Diniyevin timsalında təzə “qan” gəlib. Amma onun hələ xüsusi nəsə dəyişə biləcəyi vaxtı olmayıb. Ona görə də bu komandanın oyununda böyük dəyişiklik gözləməyə dəyməz. “Neftçi”nin qalib gələcəyini düşünürəm.

Simurq – Xəzər Lənkəran
Mənə elə gəlir ki, “Xəzər Lənkəran”ın uğur qazanmaq şansı daha çoxdu. Ona görə ki, oyunçuları daha hazırlıqlıdılar. Yığma üzvləri də yaxşı əhval-ruhiyyədə qayıdıblar. Mənə elə gəlir ki, cənublular minimal hesabla qalib gələcəklər.
 
Sumqayıt – Qarabağ
“Qarabağ” indi əla vəziyyətdədi. Bu komanda liderliyini qorumağa çalışacaq. “Sumqayıt” isə hələ də axtarışdadı, gənclərdən ibarət komandadı. Fikrimcə, məhz təcrübə “Qarabağ”a üç xal qazandıracaq.
 
Bakı – AZAL
“Bakı” öz evində həmişə yaxşı oynayır. Məncə, Milinko Pantiçin komandası bu oyunda da lazım olan nəticəni qazanacaqlar. “Bakı” AZAL-a qalib gələcək.
 
İnter – Qəbələ
Bu oyuna proqnoz vermək çətindi. “İnter” tədricən yaxşı çıxış etməyə başlayıb. “Qəbələ” isə liderliyini son turda əldən verib. Ona görə hər iki komanda qələbəyə oynayacaq. Amma mən heç-heçə qeydə alınacağını düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.