20 oktyabr 2013 00:38
Qarayev Riçard Almeydaya Azərbaycan yığmasının formasını hədiyyə etdi (FOTO)
"Qarabağ”ın futbolçusu Qara Qarayev komanda yoldaşı Riçard Almeydaya hədiyyə verib. Azerisport.az xəbər verir ki, o, braziliyalı futbolçuya Azərbaycan milli komandasının heyətində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı Bakıda keçirilmiş oyunda geydiyi formanı bağışlayıb.
Bu barədə Almeyda sosial şəbəkələrdən birində məlumat verib. O, həm Qarayevdən aldığı millimizin formasının şəklini paylaşıb, həm də bu hədiyyəyə görə komanda yoldaşına təşəkkürünü bildirib.
