20 oktyabr 2013 00:17

“Bilsəydim ki, milli üzvləri bu qədər mükafat qazanacaq, karyeramı 1-2 il də uzadardım”

Azərbaycan millisinin sabiq hücumçusu Zaur Razamanov azerisport.az saytına müsahibəsində yığmanın Rusiya ilə görüşündən, Berti Foqtsun müqaviləsindən danışıb.
 
- Milli son 2 oyunda 4 xal toplamaqla rekorda imza atdı. Yəqin Şimali İrlandiya və Rusiya ilə görüşləri izləmisiz?
- Yığmamız Şimali İrlandiya ilə yaxşı oynadı. 2:0 hesablı qələbə layiqli uğur oldu. Futbolçularımız yaradılan vəziyyətləri maksimum dəyərləndirdi. 2 oyuna qazanılan 4 xalı şişirtmək istəmirəm. Azərbaycan millisi hər seçmə mərhələdə bir komandaya qalib gəlir. Bizim Portuqaliya ilə heç-heçəmiz olub, Finlandiya üzərində qələbəmiz var. Seçmə mərhələnin sonu futbolçular həmişə daha yaxşı oynayır. Niyə əvvəldən belə oynamırlar?
 
- Rusiya ilə oyun haqda nə deyə bilərsiz?
- Heç-heçəyə görə Azərbaycan millisini təbrik edirəm. Amma deməliyəm ki, Rusiya həmin oyunda maksimum güc sərf etmədi. Komandamızın bəxti gətirdi. Son dəqiqələrdə vurulan qol həmişə bəxtlə bağlı olur. Ruslara dünya çempionatına çıxmaq üçün 1 xal bəs edirdi, ona görə özlərini yormadılar. 4 il əvvəl də Rusiyaya nəticə lazım deyildi. Onda da Hiddinkin rəhbərliyi altında bizə 1 xal bağışladılar.
 
- Hər halda qazanılan 9 xal futbol tariximizdə rekord göstəricidi...
- 9 xal yaxşı nəticədi. Amma oyun baxımından hələ çox işləmək lazımdı. Futbolçularımız əzmkarlıq sayəsində uğur qazanırlar. Oyun cəhətdən artım hiss olunmur. Sözlərim heç kimin xətrinə dəyməsin. Millinin uğuru hər birimizi sevindirir.
 
- Aleksandr Səmədova qarşı azarkeşlərin təzyiqini necə qiymətləndirirsiz?
- Səmədovun anası rus, atası azərbaycanlıdı. Rusiya yığmasını seçməsəydi belə, biz onunla fəxr etməliyik. Məsut Özülin anası və atası da türkdü. Belə çıxır indi türklər onu öldürməlidi? Bu futboldu, hər kəs seçimində azaddı. Üstəlik unutmayaq ki, Səmədov rus futbol məktəbinin yetirməsidi. O heç azərbaycan dilini bilmir. Moskvada olan zaman bir dəfə görüşmüşəm onunla. Ortaq tanışlar bizi görüşdürüb. Onda da gördüm ki, azərbaycan dilini bilmir. Onun Rusiya millisini seçməsinə normal yanaşmaq lazımdı.
 
- Berti Foqtsun müqaviləsi başa çatır. Sizcə, o, getməlidi və ya qalmalıdı?
- İndiki halda qalsa yaxşıdı. 6 il işlədi, amma hiss olunur ki, yalnız indi futbolumuzu başa düşüb. Qoy işləsin. Artıq mentalitetə bələddi və uğur qazana bilər. Digər tərəfdən, vədini yerinə yetirsin. Millini AÇ-2016-ya çıxaracağını demişdi. İşini davam etdirsin və sözünə əməl etsin.
 
- Yığma üzvlərinə verilən mükafatlar barədə nə deyə bilərsiz?
- Milli üzvlərinə verilən mükafatlar halal olsun. Bu barədə nəsə demək çətindi. Mətbuatdan öyrəndim ki, 2 oyuna 160 min manat qazanıblar. Lap yaxşı. Əgər federasiyanın pulu varsa, qoy versin. Bu işə heç kim qarışa bilməz. Amma bilsəydim futbolda bu qədər pul olacaq karyeramı 1-2 il də uzadardım (gülür).
 
- Sonda Super Kubokla bağlı fikriniz maraqlıdı. Naxçıvandakı oyunda kimi favorit görürsüz?
- Naxçıvanda şərait hamı üçün eynidi. Ona görə favorit yoxdu. “Xəzər Lənkəran”ın qələbəsinə inanıram. Çempionluqda və kubokda uduzdular. Heç olmasa Super Kuboku qazanmağa borcludular. Super Kubok Lənkərana gedəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.