20 oktyabr 2013 00:05
Land of Fire Azerbaijan ilə növbəti zəfər (VİDEO, FOTOLAR)
“Bakı”nın prezidenti Hafiz Məmmədovun himayədarlıq etdiyi "Lans" klubu Fransa ikinci liqasında növbəti görüşünü keçirib. Azerisport.az xəbər verir ki, "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan) ifadəsini formasında daşıyan komanda 11-ci tur çərçivəsində evdə “Nim”lə üz-üzə gəlib.
“Lans”ın bu matçda qələbə qazanması komandanı turnir cədvəlinin 2-ci pilləsinə yüksəldəcəkdi. Qarşılaşmada 1 dəfə qol səsi eşidilib. Kolibali 84-cü dəqiqədə fərqlənərək çılğın "Lans" azarkeşlərini sevindirib - 1:0.
