19 oktyabr 2013 21:25
Yuri Syomin: Layiq olduğumuz qələbəni qazandıq
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilmiş “İnter”lə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin rusiyalı çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çempionatda uzun fasilə yaranmışdı, komanda taktiki baxımdan yaxşı hazırlaşdı. Yaxşı oyun göstərdik. Layiq olduğumuz qələbəni qazandıq. “İnter” güclü komandadı, oyununda irəliləyiş hiss olunur”.
