19 oktyabr 2013 18:25
Tərlan Əhmədov: Diniyev amili işimizi daha da çətinləşdirmişdi
“Neftçi”nin baş məşqçi əvəzi Tərlan Əhmədov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilmiş “Rəvan”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Millinin oyunlarına görə yaranan fasilə zamanı tam heyətlə hazırlaşa bilməmişdik. Belə uzun fasilədən sonra komandanı toparlamaq, oyuna hazırlamaq çox çətindi. Şahin Diniyev amili də işimizi çətinləşdirirdi. Oyunun belə çətin keçəcəyini öncədən də bilirdik. Şadam ki, qələbə qazana bildik”.
