19 oktyabr 2013 18:17
Şahin Diniyev: Neftçi layiqli qələbə qazandı
“Rəvan”ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilmiş “Neftçi” ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz hələ fiziki hazırlıq üzərində çalışmamışıq. Yalnız taktikanın sayəsində ilk 45 dəqiqə ərzində nəsə nümayiş etdirə bildik. “Neftçi” layiqli qələbə qazandı. Biz öz hədəfimizə doğru tədricən irəliləyəcəyik. Əgər bu gün 45 dəqiqə normal oyun göstərdiksə, gələn oyunda bir qədər də artığına nail olmalıyıq. Mən hələ öz oyun fəlsəfəmi komandaya aşılaya bilməmişəm. Bunun üçün ən azı üç ay vaxt lazımdı”.
