18 oktyabr 2013 17:15

Tərlan Əhmədov: Millinin oyunçuları Foqtsun qalmasını istəyirsə, bu, nədənsə xəbər verir

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 10-cu turunda “Rəvan”a qarşı keçiriləcək oyundan, Super Kubokdan və Berti Foqts haqda fikirlərindən danışıb.
 
“Rəvan”la oyuna hazırlıq necə gedir?
Yığma oyunçuları təzəlikcə qayıdıb. Adi qaydada işləyirik. Məni onların çıxışı sevindirdi. Bizi çətin mərhələ gözləyir. Həftədə üç oyun. Hər üç oyunda mütləq nəticə göstərmək lazımdır.
 
Rəvana qarşı oyunda nə gözləyirsiniz?
Rəqibin hansı status daşıması, turnir cədvəlindəki vəziyyətindən asılı olmayaraq, bizi asan oyun gözləmir. Bundan başqa, rəqibin yeni baş məşqçisi var - Şahin Diniyev. Onu yaxşı tanıyıram və hətta bir yerdə futbol oynamışıq. Təcrübəsinə bələdəm. “Rəvan”ın bizimlə oyuna köklənməsi kifayət qədərdir. Bu baxımdan bizi çətin oyun gözləyir.
 
Bu həftə hər ikiniz veteranlardan ibarət Azərbaycan yığmasında oynamışınız. Baş tutacaq oyundan danışmamısınız?
Zarafatlaşırdıq, danışırdıq, ancaq oyun barədə bir kəlmə də danışmamışıq. Belə şeylər haqda həmkarla danışmasan yaxşıdır (gülür). Bizim danışığımızı səhv başa düşə bilərdilər.
 
Artıq gələn həftə “Xəzər Lənkəran”la super kubok oyunu var. Nə gözləyirsiniz?
Bu oyun xüsusi status daşıyır. Naxçıvanda oynayacağıq və bu da oyuna rəng qatacaq. “Xəzər Lənkəran”la növbəti oyun asan olmasa da, biz bu barədə “Rəvan”la oyundan sonra düşünəcəyik.
 
Şimali İrlandiya üzərində qələbə (2:0) və Rusiya ilə heç-heçədən (1:1) sonra yığmanın hazırki baş məşqçisinin tərəfdarları artdı.
Berti Foqtsun işə başladığı ilk dövrlərdə mən alman mütəxəssisdən narazı idim. Mənim onun işindən xoşum gəlmirdi, belə ki, ancaq müdafiə üslubunda oyunu seçirdi. Əgər bu gün bu, öz nəticəsini verirsə, niyə də Foqts işləməsin?
 
Demək siz onun tərəfdarlarından birisiniz?
Başa düşürsünüz, yeni məşqçinin gəlişi ilə hər şey yenidən başlayır. Sistem dəyişəcək, oyunçular buna alışmalıdır. Axı yığmada daha çox vaxt lazımdır. Bir-iki günə nəticə olmayacaq. Görürəm ki, oyunçular ona etibar edirlər. Əgər yığma oyunçuları Foqtsun qalmasını istəyirsə, bu nəsə deməkdir. Yeni məşqçidənsə alman mütəxəssisin qalması yaxşıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.