18 oktyabr 2013 15:52
UEFA Azərbaycan yığmasının rəqiblərini təyin edəcək
Rusiya Futbol İttifaqının baş katibi Anatoli Vorobyov bildirib ki, 2014-cü ilin sentyabr ayından başlayaraq UEFA Avropa yığmalarının yoldaşlıq oyunları üzrə rəqiblərini təyin edəcək. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“2014-cü ilin sentyabr ayından sonra UEFA kommersiya hüquqlarını mərkəzləşdirəcək və bu təqvim islahatlarına imkan verəcək. Bu zaman UEFA 10 yoldaşlıq oyunundan 8-də rəqibləri təyin edəcək”.
Qeyd edək ki, bu, Azərbaycan yığmasına da şamil olunacaq.
