18 oktyabr 2013 14:55
Branimir Subaşiç: Foqtsun qalması yaxşı olardı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç hesab edir ki, Berti Foqts yığmanın sükanı arxasında qalmalıdı. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Yeni mütəxəssis gəlib oyunçuları, yerli futbolu öyrənmək üçün vaxt istəyəcək. Ona hələ bizim mentaliteti öyrənmək lazım gələcək. Düşünürəm ki, Foqts qalsa yaxşıdı. Onun ən böyük xidməti - Azərbaycan futbolunda çatışmayan nizam-intizamdı. Bundan başqa hər mərhələdə nəticələr az da olsa yaxşılaşır. Yeni səviyyəyə çıxmışıq. Avro-2016-nın seçmə mərhələsində Foqtsa işləmək imkanı vermək lazımdı”.
