18 oktyabr 2013 14:25

Andrey Kançelskis: Milliniz Hacıyevin rəhbərliyi altında bundan pis çıxış etməz

Rusiyanın məşhur veteran futbolçusu, “Mançester Yunayted”in şərəfini qorumuş Andrey Kançelskis azerisport.az saytına eksklüziv müsahibədə Azərbaycan - Rusiya oyunundan, millinin futbolçularından və Berti Foqtsdan danışıb.
 
- İlk olaraq Azərbaycan - Rusiya görüşü haqda fikirlərinizi bilmək maraqlı olardı...
- İlk 15 dəqiqə Azərbaycan qonaqlara təzyiq göstərdi. Fikrimcə, bu Berti Foqtsun tapşırığı idi. Tədricən üstünlüyə yiyələnən Rusiya qol vurdu və bir qədər arxayınlaşdı. 90 dəqiqə Rusiyanın üstünlüyü hiss olundu. Əlbəttə, Azərbaycan futbolçuları müqavimət göstərməyə çalışırdılar. Onların səyləri sonda nəticəsini verdi. Cavadov bərabərlik qolunu vurdu. 1:1 hesabı Rusiyanı dünya çempionatına çıxardığından onlar Moskvaya rahat qayıtdı.
 
- Hesab oyuna görə oldu?
- Təhlükəli vəziyyətlərin sayına görə Rusiya asanlıqla 2-3 top vura bilərdi. Azərbaycan yaranan yeganə qol şansından istifadə etdi. Kerjakov təkbətək vəziyyətdən istifadə etsəydi, oyun tam başqa hesabla başa çatacaqdı. Azərbaycanın heyətində aqressiv forvard yoxdu. Buna görə 0:2 hesabından sonra heç nəyi dəyişə bilməyəcəkdilər.
 
- Bərabərlik qolunu vuran Vaqif Cavadov Rusiya futbol məktəbinin yetirməsidi...
- Vaxtilə Rusiya MOİK-ində hazırlaşıb. Bilirsiniz ki, MOİK Rusiyanın ən güclü klublarından biridi. Bütün yeniyetmələrə eyni dərəcədə şərait yaradılır. Ona görə kimsə daha çox inkişaf edir, kimdəsə alınmır. Perspektivli futbolçu olub. Cavadov sonra özü Vətənə qayıtmaq istədi. Ardınca Volqada oynadı və yenə Bakıya qayıtdı. Bəlkə də xarakteri çatmadı ki, rəqabətə dözsün. Qərib ölkədə oynamaq çox çətindi.
 
- Soydaşımız Aleksandr Səmədovun oyununu necə qiymətləndirirsiniz?
- Səmədov əla futbolçudu. Azarkeşlərin təzyiqinə baxmayaraq, peşəkarlığını göstərdi. Mətbuatda onun fikirləri düzgüz təqdim olunmayıb. O heç vaxt artıq danışmazdı. Aleksandr böyük, kiçik bilən futbolçudu. Sadəcə, anlaşılmazlıq belə hadisəyə səbəb oldu.
 
- Sizcə, Berti Foqts Azərbaycan millisində qalmalıdı yoxsa?
- Berti Foqts 6 ildi Azərbaycan millisində çalışır. Hər məşqçiyə bu qədər etibar olunmur. Bildiyimə görə federasiyanız əla şərait yaradıb. Niyə həmin şəraiti Azərbaycan məşqçilərinə yaratmaq istəmirsiniz. Bu problem bütün sovet ölkələrində var. Sizin çox savadlı yerli məşqçiləriniz var. Həmin şəraiti onlara yaratsanız həm az pul xərcləyərsiniz, həm də daha çox nəticə qazanarsınız.
 
- Yığma əvvəllər azərbaycanlı məşqçilərin rəhbərliyi altında uğursuz çıxış edib...
- Əvvəllər Azərbaycan millisinin bu qədər sponsoru yox idi. İndi sizin futbola diqqət artıb. Bu işə qarışmaq düzgün olmaz. Amma ötən mövsüm “Neftçi” Avropa Liqasında gözəl nəticələr qazandı. İnanın ki, komandanızı tanımaq olmurdu. Sanki başqa ölkənin komandası idi. “Neftçi” ilk dəfə çıxdığı qrup mərhələsində layiqli çıxış etdi. Belə olan halda niyə millini həmin məşqçiyə tapşırmayasız?
 
- Onun adı Böyükağa Hacıyevdi. Bu il “Neftçi”nin baş məşqçi postundan ayrılıb...
- Hacıyevin rəhbərliyi altında milli bundan pis çıxış etməz. Yığmanı ona həvalə edə bilərsiz.
 
- Azərbaycanda yığmaya baş məşqçi postuna “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adı daha çox hallanır. Onun rəhbərliyi altında komandası 3 dəfə Avroliqanın pley-offuna qədər irəliləyib...
- Azərbaycanda savadlı və təcrübəli yerli məşqçilərin olduğuna şübhə etmirəm. Amma fikrimcə, Hacıyev daha real namizəddi. Hər halda “Neftçi”dən başqa qrup mərhələsinə heç kim vəsiqə qazanmayıb.
 
- Rusiya millisi belə oyunla dünya çempionatında nəyə ümid edə bilər?
- Qarşıda 8-9 ay var. Hazırlıqdan, qrupdakı rəqiblərdən çox şey asılıdı. Rusiyanın mundialdakı çıxışı barədə danışmaq çətindi. Normal qrup düşsə, oynamaq olar. Əks halda çətin olacaq. Biz hamımız Rusiyanın uğurunu istəyirik. Bu mənada Braziliyada nə olacağını söyləmək çətindi.
 
- Rusiya Fabio Kapello ilə müqaviləni artırmaq istəyir. Yəqin ki, bu qərarla razısınız?
- İndiki halda onunla ilkin müqaviləni imzalamaq olar. Müqaviləni artırmaq tezdi. Qoy yeni müqavilə mundialdan sonra imzalansın. Görək nə olacaq. Dünya çempionatında uğurlu çıxış etsək, Kapello qalsın. Əks halda səbəblər araşdırılsın. Mundiala vəsiqə qazanmaq işin yarısıdı. Əsas məsələ orda layiqli çıxış etməkdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.