18 oktyabr 2013 12:45
Kokorin: Bakıda qələbə qazana bilmədiyimizə görə dilxor idik
Futbol üzrə Rusiya yığmasının hücumçusu Aleksandr Kokorin dünya çempionatını seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Rusiya oyununda (1:1) əldə edilmiş heç-heçəyə münasibət bildirib. Azerisport.az Kokorinin fikirlərini diqqətinizə çatdırır.
“Düzü, bütün fikirlər qələbə qazana bilmədiyimiz barədə idi. Dilxor idik. Azarkeşlərin Rusiya himni səslənən zaman davranışı, ümumiyyətlə oyunun gedişində özlərini aparmağına rəğmən biz, üç xalı əldə etməyə sadəcə borclu idik. Braziliyaya dünya çempionatına yollanacağımız dərk etməyimiz bir qədər gec, aeroportda bizə çatdı. Ancaq təkrar edirəm pis hiss qalmışdı”.
Hücumçu həmçinin baş məşqçi Fabio Kapellonun bütün komandaya töhmət verdiyini qeyd edib: “O, çox sərt bəyanat verdi. 90-cı dəqiqədə qol buraxdığımız üçün yox. İlk olaraq say üstünlüyü ilə oynamağımıza baxmaytaraq ikinci qolu vura bilmədiyimiz üçün”.
