18 oktyabr 2013 12:54
Simurq Xəzər Lənkəranla oyun öncəsi bu gün son məşqə çıxacaq
Topaz Premyer Liqasının 10-cu turunda “Simurq” “Bayıl Arena”da “Xəzər Lənkəran”ı qonaq edəcək. Azerisport.az xəbər verir ki, sabah saat 17:00-da start götürəcək qarşılaşmaya hazırlıqları komanda bu gün tamamlayacaq və istirahətə çəkilərək oyunun başlama saatını gözləyəcək.
Zədə və cəza səsəbindən Lənkəran təmsilçisinin qarşısına ciddi itkilərlə çıxacaq “Simurq” dünən axşam saatlarında növbəti məşqini edib. İki saata yaxın davam edən hazırlıq prossesində taktiki və texniki təmrinlər yerinə yetirilib.
Qeyd edək ki, "Simurq" - "Xəzər Lənkəran" görüşünü Rauf Cabbarov idarə edəcək.
