18 oktyabr 2013 12:35

Syomin: Elnurla Vladimirə Rusiyaya qarşı yaxşı oyna görə təşəkkür etdim

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin azerisport.az saytına müsahibəsindəTopaz premyer-liqasının 10-cu turunda “İnter”ə qarşı keçiriləcək oyundan danışmaqla yanaşı, dünya çempionatını seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Rusiya oyunu (1:1) barədə fikirlərini bölüşüb.
 
Premyer-liqanın ikinci dövrəsinə hazırlıq necə gedir?
Yığmanın oyunçuları olmayan vaxtı artıq geridə qoymuşuq. Kluibların hər biri hazırlıq dövrünü müxtəlif keçirdi. Məsələn, “İnter” Gürcüstanda hazırlaşırdı, biz isə Qəbələdə. Müəyyən istirahətə ehtiyac duyan yığma oyunçuları artıq geri dönüblər. Hazırlıq adi qaydada keçdi. Yığma komandanın toplanışlarından sonra olduğu kimi.
 
Bəs kim daha hazırdı?
Deyə bilmərəm. Rəqibimiz son turlarda yaxşıdan da yaxşı oynayır. Yaxşı nəticələr göstərir. Onlar yaxşı fiziki vəziyyətdədirlər.
 
Bu, sizin tapşırıqlarınızı çətinləşdirir?
Asan oyun olmayacaq. Buna baxmayaraq biz hə oyundan qabaq olduğu kimi qarşımıza qalib gəlmək tapşırığı qoyuruq. Düzdür, bu, hər oyunda alınmır, ancaq biz bunun üzərində işləyirik.
 
Yeri gəlmişkən, dünya çempionatını seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Rusiya oyununda meydana sizin iki yetirməniz çıxmışdı.
Elnur Allahverdiyev və Vladimir Levin bu oyunu uğurlu keçirdilər. Komandasına yaxşı nəticə qazanmağa kömək etdilər.
 
Toplanışlardan sonra onlarla danışmışınız?
Bəli, müəyyən danışıq olub. Onlara bu oyunu yaxşı keçirdiklərini deyib təşəkkür etdim.
 
Ölkənin futbol ictimaiyyəti iki yerə bölünüb: bir qisim Berti Foqtsun qalmasını istəyir və onunla müqavilənin artırılmasının tərəfdarıdırlar, kimsə isə onun gedişini tələb edir. Bu haqda nə düşünürsünüz?
Hər hansı tərəfi dəstəkləməyəcəyəm. Mən bunu şərh etmək istəmirəm. Mənə aid olmayan nəsə barədə heç nə deyə bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.