18 oktyabr 2013 11:16
Maksim Medvedev: Mən heç sarı vərəqə gözləmirdim, nəinki qırmızı
Azərbaycan yığmasının və Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedev azerisport.az saytına müsahibəsində dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya ilə heç-heçədən (1:1) danışmaqla yanaşı, Topaz premyer-liqasının 10-cu turu çərçivəsində baş tutacaq “Sumqayıt”la görüş barədə fikirlərini bölüşüb.
Yığmadan çempionata keçmək çətin deyil ki?
Düşünürəm ki, problem olmayacaq. Aydın məsələdir ki, “Sumqayıt”la oyun Rusiya yığmasına qarşı oyunla müqayisə oluna bilməz. Ancaq bu, vacib oyundur. Biz birinci yerdə qalmağı davam etdirmək istəyirik. Zirvəyə qalxmaq çətin deyil, daha çətin bu liderliyi əldə saxlamaqdır.
“Neftçi” və “Qəbələnin qismində rəqiblər bu tur sizə çata və hətta ötə bilər. Bu haqda düşünmüşünüz?
Əlbəttə, bilərlər. Ancaq indi bizə vacib olan, öz mövqeyimizi qorumaqdır. Əsası odur ki, biz öz oyunumuzu oynayaq və müsbət nəticəyə nail olaq.
Siz “atçılar”ın heyətində olmayanda komanda bosniyalı qapıçı ilə güclənib. Tanış olmağa vaxt tapmışınız?
Hələ yox. Çoxları ilə yığmada olduğumuz müddətdə görüşməmişik. Ancaq bu günlərdə kollektivə qayıtmışam, o da daxil olmaqla hamı ilə salamlaşmışam.
“Qarabağ”da yığmanın toplanışlarından sonra oyunlarda problemlərin müşahidə olunduğunu nəzərə alsaq, düşünmürsünüz ki, bu yenidən təkrarlanar?
Bəli, belə hal olub. Kiçik müvazinət pozuntusu olur. Bizdə əvvəllər belə hal olub, ancaq son dəfə oxşar heç nə baş vermədi və ümid edirəm ki, bu dəfə də baş verməyəcək.
Rusiya ilə oyunda meydandan qovulmağınız “Sumqayıt”la oyuna hazırlıq baxımından sizə təsir edə bilər?
Bilirsiniz, mənim sürüşmə fəndim doğrudan da kobud olsa idi, bu barədə məyus olardım. Hə, toqquşma vardı, anca mən arxadan deyil, bilərəkdən etmədim. Toqquşma anında ona dəyməmək üçün ayağımı yığmağa çalışdım. Sürüşmədən sonra hakimin hətta sarı vərəqə verəcəyini də düşünmürdüm, o ki qaldı qırmızı ola.
Qovulma ilə razı deyilsiniz?
Düşünürəm ki, bu epizodda qırmızı vərəqə verməmək də olardı. Hər ikimiz topa gedirdik. Bəli, mənim ayağım ona toxundu, ancaq bu qırmızı vərəqə göstəriləcək qədər kobud qayda pozuntusu deyildi. Sadəcə toqquşma yandan baş verdiyi üçün çox kobud olduğu kimi görünürdü.
Rusiya ilə oyun barədə nə deyə bilərsiniz?
Bütün komanda üçün çox çətin oyun idi. Bu mövqedə oynamaq çətin olsa da, məşqçinin bütün göstərişlərini yerinə yetirməyə çalışırdım.
