18 oktyabr 2013 11:05
Araz rəqiblərini gözləyir
Bu gün futzal üzrə UEFA kubokunun elit raundunun püşkatması keçiriləcək. Azerisport.az xəbər verir ki, bu mərhələdə dörd qrupa bölünmüş on altı komanda mübarizəyə qoşulacaq.
Püşkün iştirakçılarını diqqətinizə çatdırırıq:
“Kayrat” (Qazaxıstan), “Dinamo” (Moskva, Rusiya), Barselona (İspaniya), “Sportinq” (Portuqaliya), Viten (Belarus), “Qyor” (Macarıstan), “Tulpar” (Qazaxıstan), “Xrudim” (Çexiya), Ekonomaç (Serbiya), “Araz” (Azərbaycan), “Slov-Matik” (Slovakiya), “Tanqo” (Bosniya və Herseqovina), Lokomotiv (Ukrayna), “Litiya” (Sloveniya), “Eyndhoven” (Hollandiya), “Tarqu-Mureş” (Rumıniya).
