19 oktyabr 2013 00:06

Fasilə bitdi, Premyer Liqaya davam!

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə bu gün başa çatır. Azerisport.az xəbər verir ki, ikinci dövrənin ilk, bütövlükdə isə 10-cu turun oyunları iki gün ərzində keçiriləcək.
 
10-cu turun açılış oyununda son çempion “Neftçi” autsayder “Rəvan”ı qəbul edəcək. Əvvəlki 5 qarşılaşmada yalnız 1 dəfə qalib gəlməyən “Neftçi” paytaxt derbisində üstünlüyə malikdi. Sülh tanımayan rəqiblərin duellərində “aslanlar”ın da bir qələbəsi var. Rəqiblərin oyunlarında qol vuran komanda matçı qələbə ilə başa vurur. Quru oyunların qeydə alındığı duellərin son 3-ü 2:0 hesabı ilə başa çatıb. Bütövlükdə isə, top fərqində “Neftçi”nin üstünlüyü diqqət çəkir – 6:2.
 
“Neftçi” bu oyunda xal itirməməyə və zirvədəki yerini qorumağa çalışacaq. Amma “Rəvan”dan da bu görüşdə sürpriz gözləməyə dəyər. Çünki paytaxt klubu Şahin Diniyevin rəhbərliyi altında debüt matçına çıxacaq. Bu üzdən “sarı-qırmızılı” futbolçuların əllərindən gələni edəcəyi şübhə doğurmur.  
 
Şənbə günü keçiriləcək digər oyunda “Simurq” “Xəzər Lənkəran”la qarşılaşacaq. Komandalar arasında bu günədək keçirilmiş oyunlardakı nisbətə nəzər saldıqda böyük fərqin olduğu diqqət çəkir. 16-cı dəfə “Simurq”la qarşılaşacaq “Xəzər Lənkəran” qələbə sayında böyük üstünlüyə malikdi. Lənkəranlılar bu görüşlərdən 8-də qalib gəliblər. 6 oyun heç-heçə başa çatdığı halda, Zaqatala təmsilçisi cəmi bir dəfə qələbəyə sevinib. Lakin 3-ü heç-heçə başa çatan son 4 oyunda Zaqatala təmsilçisi rəqibinə məğlub olmayıb. Yeganə qələbəsi rəqib meydanında qeydə alınan “Simurq” evdə bu rəqibinə qalib gələ bilmir. Top fərqində də “Simurq” uduzur – 13:23.
 
Turun ən böyük maraq doğuran qarşılaşmalarından biri “İnter”lə “Qəbələ” arasında baş tutacaq. “İnter” 22-ci duel ərəfəsində böyük üstünlüyə malikdi. Bu komanda rəqibi üzərində 11 qələbəyə sevinib. 6 qarşılaşma sülhlə bitdiyi halda, “Qəbələ”nin 4 qələbəsi var. Top fərqi də bakılıların xeyrinədi – 30:17. Son 3 ev oyununda qalib gələn bakılılar öz meydanında ümumiyyətlə uduzmayıb. Lakin “İnter” bu mövsüm heç də yaxşı qrafik cızmır. “Qəbələ” zirvə uğrunda mübarizə apardığı halda, “bankirlər” aşağı pillələrdən yaxa qurtarmağa çalışırlar. Paytaxt klubu millilərin oyunu ilə əlaqədar yaranan fasilədən istifadə edərək Gürcüstanda təlim-məşq toplanışında oldu, yerli klublarla yoxlama oyunlarında qələbə qazandı. Bu uğurlu seriyanın Premyer Liqada davam edib-etməyəcəyi maraqla gözlənilir.
 
10-cu tur bazar günü keçiriləcək oyunlarla davam edəcək. Turnir cədvəlinin hazırkı lideri “Qarabağ” son pillədə qərarlaşmış “Sumqayıt”ı sınağa çəkəcək. 6-cı dəfə “Sumqayıt”la qarşılaşacaq Ağdam təmsilçisinin bu matçlarda üstünlüyü var. “Sumqayıt”ın bir qələbəsi olduğu halda, daha bir görüşdə heç-heçə qeydə alınıb. “Qarabağ” son 3 matçda böyük hesabla qalib gəldiyindən top fərqindəki üstünlük daha sanballıdı – 15:4.
 
Hesabat turu daha bir paytaxt derbisi ilə yadda qalacaq. Mövsümə uğurlu başlayan, lakin son turlarda qeyri-sabit oyun göstərən “Bakı” doğma meydanında son 4 oyunda qələbə qazana bilməyən AZAL-ı sınağa çəkəcək. “Təyyarəçilər” 20-ci paytaxt derbisinə cüzi üstünlüklə çıxacaq. AZAL 8, “Bakı” 7 qələbəyə malikdi. Daha 4 görüş isə sülhlə bitib. Bakılıların son 8 qarşılaşmasında qonaq olan tərəf qalib gələ bilmir. Son 4 oyunda isə meydan sahibləri istisnasız qələbə qazanırlar. Top fərqində isə bərabərlik var – 16:16.
 
Topaz Premyer Liqası
10-cu tur
19 oktyabr (şənbə)
 
16:00. Neftçi – Rəvan
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elman Musayev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor:Murad Məmmədov.
Bakı. “Bakcell Arena” stadionu.
 
17:00. Simurq – Xəzər Lənkəran
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Bayıl Arena” stadionu.
 
19:00. İnter – Qəbələ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “Şəfa” stadionu.
 
20 oktyabr (bazar)
 
16:00. Sumqayıt – Qarabağ
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Akif Məmmədov.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni meydança.
 
16:00. Bakı – AZAL
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
1
Qarabağ
9
5
3
1
14
4
10
18
2
Neftçi
9
5
3
1
12
6
6
18
3
Qəbələ
9
5
1
3
14
9
5
16
4
AZAL
9
4
2
3
9
11
-2
14
5
Bakı
9
4
1
4
16
10
6
13
6
Simurq
9
3
4
2
8
7
1
13
7
İnter
9
3
1
5
16
15
1
10
8
XL
9
2
4
3
7
9
-2
10
9
Rəvan
9
1
3
5
4
19
-15
6
10
Sumqayıt
9
1
2
6
5
15
-10
5
 
Bombardirlər:
5 - Mindauqas Kalonas (Bakı)
4 - Əfran İsmayılov (Bakı), Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.