18 oktyabr 2013 19:17

Bahodir Nasimov: Bizim niyyətimiz çempionluqdu

“Neftçi”nin hücumçusu Bahodir Nasimov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasında yaranmış fasilə müddətində Özbəkistan millisinin düşərgəsinə cəlb edilmiş futbolçu yığma komandadakı durumu və “Neftçi”dəki oyunu barədə danışıb:
 
- Əvvəlcə milli komandanızın qələbə qazanması münasibətilə sizi təbrik edirik.
- İlk olaraq onu deyim ki, Asiya Kuboku qitə miqyaslı yarışdı və burada bütün komandalar mümkün qədər irəli getmək və çempion olmaq istəyir. Biz qrupdakı 3-cü matçımızda Vyetnam yığmasını 3:1 hesabı ilə məğlub edib 2-ci pilləyə yüksəldik. Bu oyunda 70 dəqiqə oynadım və komandamızın qələbəsində pay sahibi oldum. Ümumiyyətlə “Neftçi”də oynadığım müddətdə milli komandanın demək olar ki, hər oyununa çağırılıram. “Neftçi”də olduğu kimi, yığma komandada da uğur qazanmaq üçün əlimdən gələni edirəm.
 
- Premyer Liqanın 7-ci turunda “Sumqayıt”la oyunda zədələnmişdiniz. Hazırda özünüzü necə hiss edirsiz?
- “Sumqayıt”la oyunda aldığım zədə səbəbindən “Qarabağ” və “Qəbələ” ilə oyunları buraxmalı oldum. Hər bir futbolçu kimi, mənə də komandamızın oyununu kənardan izləmək çətindi. Kömək etmək istəyirsən, amma səhhətin buna imkan vermir. Amma artıq müalicəmi tam olaraq bitirmişəm və komanda ilə birgə məşq edirəm. Əgər “Rəvan”la oyunda məşqçilər heyəti mənə şans versə, var qüvvəmlə oynamağa hazıram.
 
- “Rəvan”la oyundan söz düşmüşkən. İlk oyundakı səfər qələbəsində 2 dəfə fərqlənmişdiniz...
- Hər oyun fərqli olur. Bəzən ələ düşən şanslardan maksimum yararlana bilirsən. Elə də olur ki, sanki bəxt üz döndərir. Hər halda həmin qarşılaşmada qələbə qazanmışdıq və ən vacibi də budu. Fərqlənməyə gəldikdə isə mən hücumçuyam və işim qol vurmaqdı.
 
- “Neftçi” azarkeşləri Bahodiri bombardirlər siyahısının ilk pilləsində görmək istəyirlər...
- Mən “Neftçi”də oynadığım ilk mövsümdə bombardir olmuşdum. Bilirəm ki, azarkeşlər məndən ən azı həmin nəticəni gözləyir. Biz futbolu onlar üçün oynayırıq. Əlbəttə ki, çox qol vurmaq istəyirəm. Amma yenə də əsas komandanın nailiyyətidi.
 
- Çempionluq yolunda hansı rəqiblər daha iddialı görünür?
- Azərbaycan çempionatının səviyyəsi ildən-ilə yüksəlir. Artıq asan oyun, zəif rəqib anlayışı yoxdu. Var qüvvə ilə oynamadığın hər oyunda xal itirə bilərsən. Nəticədə çempion olmaq üçün yalnız bir-iki komandanı udmaq kifayət etmir. Bunun üçün maksimum miqdarda xal yığmaq lazımdı. Hələ çempionatda mübarizə yenicə qızışır. Əvvəldən nəsə demək çətindi. Təkcə onu söyləyə bilərəm ki, bizim niyyətimiz çempionluqdu və buna görə də hər qarşılaşmaya son oyun kimi çıxmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.